banner
banner

İdman

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

Sumqayıt Olimpiya İdman Kompleksində kişilər və qadınlar arasında start götürən taekvondo üzrə Azərbaycan çempionatı başa çatıb.

Cia.az xəbər verir ki, yarışda 17 yaşdan yuxarı idmançılar mübarizə aparıblar.

Yekun nəticələrə görə, qadınlar arasında Sona Ağayeva (46 kq), Röya Hacıyeva (49 kq), Patimat Abakarova (53 kq), Səidə Əliyeva (57 kq), Fatimə Məcidova (62 kq) qızıl medal qazanıblar. Kişilərin yarışında isə Səyyad Dadaşov (54 kq), Pərviz İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq), Məhəmməd Məmmədov (74 kq), Səid Quliyev (80 kq), Taleh Süleymanov (87 kq), Xəyyam Ağayev (+87 kq) qalib olublar.

 

Turnirdə 100-ə yaxın taekvondoçu mübarizə aparıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində düşmənə qarşı igidliklə döyüşən taekvondoçularımız idmançılara dəstək üçün yarışlarda həm qonaq, həm də ədalət təmsilçisi kimi iştirak ediblər.

Yarış koronavirus pandemiyası ilə əlaqədar müəyyən olunan karantin rejimi qaydalarına uyğun və bütün şərtlərə əməl edilməklə təşkil olunub.

 

 






Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.