banner
banner

Hərbİ

Sağlam adamı 15 min manat müqabilində xidmətdən saxladılar - SHXÇ Dövlət Xidmətinə ittiham

Sağlam adamı 15 min manat müqabilində xidmətdən saxladılar - SHXÇ Dövlət Xidmətinə ittiham

Sağlam adamı 15 min manat müqabilində xidmətdən saxladılar.

Cia.az xəbər verir ki, bu barədə jurnalist Pərvin Abışova paylaşım edib: "Səbail Hərbi Komissarliğı Məmmədov İkramı beş ildir ki, hərbi xidmətə yararsız yazaraq xidmətdən yayınmasına rəvac verib. Sağlam adamdır, dostlarının iddiasına görə vəzifədə olan atası Elxan müəllim buna görə 15000 AZN xərcləyib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, bəlkə məsələni araşdırasınız? Kor, şikəst kasıbın çoxu xidmətə aparılır, bu sağlam oğlan niyə getməyib?"



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.

Bu məzunlar orduda birbaşa leytenant kimi xidmət edəcək

Ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində tibb sahəsində ixtisaslaşmış gənc kadrların bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq ediləcək.