banner
banner

Səhİyyə

Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT

Lisenziyası ləğv olan Dilqəm Məhərrəmov Aysunu əməliyyat edib? - TƏFƏRRÜAT

12 iyul tarixində müğənni Aysun İsmayılova rəsmi İnstagram hesabında əməliyyat etdirməsi ilə bağlı video paylaşmışdı. Əməliyyatı isə, plastik-estetik cərrah Dilqəm Məhərrəmov icra edib. Müğənni əməliyyatdan sonrakı görüntüləri də paylaşaraq, növbəti əməliyyatı da Dilqəm Məhərrəmova həvalə edəcəyini söyləyib. Xatırladaq ki, Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin siyahısında həkim Dilqəm Məhərrəmovun adı yer almır. Nəticə olaraq, adları siyahıda olmayan plastik-estetik həkimlərdən başqa digərləri işlərini icra edə bilməzlər. Bu qanun pozuntusu sayılır. Hadisəni aydınlaşdırmaq üçün müğənni Aysun İsmayılova ilə əlaqə saxlamağa çalışsaq da, heç bir cavab ala bilmədik.

Analitik Ekspertiza Mərkəzinin Ajans.az-ın sorğusuna verdiyi cavabda bildirilir ki, Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, ölkə ərazisində tibbi fəaliyyətin təşkili və həyata keçirilməsi yalnız qanunla müəyyən olunmuş tələblərə və prosedurlara uyğun şəkildə mümkündür.

“Azərbaycan Respublikasında tibb fəaliyyətinin əsas prinsipləri haqqında” Qanuna və Nazirlər Kabinetinin 28 dekabr 2020-ci il tarixli 517 nömrəli qərarı ilə təsdiq olunmuş “Tibb və əczaçılıq sahəsində fəaliyyət göstərən şəxslərin sertifikatlaşdırılması Qaydaları”na əsasən, praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslər müvafiq ixtisas üzrə sertifikasiyadan keçməli və fəaliyyəti üçün rəsmi icazəyə malik olmalıdırlar.

 

Bundan əlavə, Səhiyyə Nazirliyi tərəfindən yaradılmış Təftiş Komissiyasının təqdim etdiyi “Azərbaycan Respublikasının ərazisində plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkim-mütəxəssislərin Siyahısı”, bu sahədə fəaliyyət göstərmək hüququ olan mütəxəssislərin rəsmi qeydiyyatını təmin edir.

 

Qurumdan bildirilib ki, adı bu siyahıda olmayan şəxslərin plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olması qanunvericiliyə zidd hesab olunur.

Qanunsuz fəaliyyətlərlə bağlı nəzarət tədbirləri “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq, Analitik Ekspertiza Mərkəzi tərəfindən həm planlı, həm də plandankənar yoxlamalar əsasında həyata keçirilir. Xüsusilə, kütləvi şəkldə insan həyatına və sağlamlığına birbaşa və ya mühüm təhlükə yarada biləcək hallarda, təsdiedici sənədlərlə vətəndaş müraciətləri və ya mediada dərc olunmuş məlumatlar əsasında plandankənar yoxlamalar aparıla bilər.

 

Bu tip hallarla bağlı İnzibati Xətalar Məcəlləsində konkret cəza tədbirləri nəzərdə tutulur.Lisenziyasız özəl tibbi fəaliyyətə görə, fiziki şəxslər – 2.000–3.000 manat, vəzifəli şəxslər – 5.000–10.000 manat,

hüquqi şəxslər – 20.000–30.000 manat məbləğində cərimə edilir.

 

Analitik Ekspertiza Mərkəzi açıqlayıb ki, lisenziyada nəzərdə tutulmamış fəaliyyətin həyata keçirilməsinə görə,

fiziki şəxslər – 300–500 manat,

vəzifəli şəxslər – 800–1.000 manat, hüquqi şəxslər – 6.000–8.000 manat məbləğində cərimə olunur.

 

Sertifikasiyadan keçməmiş şəxslərin praktik tibb fəaliyyətinə buraxılmasına görə:

vəzifəli şəxslər – 800–1.000 manat, hüquqi şəxslər – 6.000–8.000 manat cərimə edilir.

 

Məlumatda qeyd edilib ki, hər hansı şəxsin həkimlik fəaliyyətində uğurlu nəticə göstərməsi onun fəaliyyətinin qanuniliyini təmin etmir. Qanunsuz fəaliyyət göstərən həkimlər və onların çalışdığı müəssisələr qanunvericiliklə müəyyən olunmuş inzibati məsuliyyətə cəlb edilə bilər. Bu baxımdan icazə sənədlərinin və sertifikatların hüquqi və praktik əhəmiyyəti təkcə keyfiyyət təminatı deyil, həm də hüquqi fəaliyyət çərçivəsini müəyyən edir.

Ajans.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Əməkdar həkim vəfat etdi

Azərbaycanda tanınmış tibb xadimi, uzun illər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin müdiri vəzifəsində çalışmış Əməkdar həkim Cəbrayıl Əlinağıyev vəfat edib.

Səhiyyə Nazirliyinin müəssisələrinə başçəkmələr həyata keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı ilə Milli Preventiv Mexanizm mandatı və Ombudsman yanında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində İşçi Qrupunun fəaliyyəti çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasına və Bakı şəhəri Narkoloji Mərkəzinə başçəkmələr həyata keçirilib.

“Məlhəm” Hospitalında pasiyentləri belə aldadırlar

“Məlhəm Beynəlxalq Hospital” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində operativ vergi nəzarəti tədbirləri nəticəsində qanunla müəyyən olunmuş nağdsız hesablaşma tələblərinə əməl olunmaması faktı müəyyən edilib.

Həkimlərin gözünü qorxudacaq XƏBƏR

Qanunsuz olaraq biotibbi tədqiqatlar aparma və ya qadağan edilmiş diaqnostika və müalicə üsullarını, dərman vasitələrini tətbiq etməyə görə cəzalar dəyişir.