Barəsində saxlanılma qərarı çıxarılan türkiyəli məşhur aktrisa Hande Erçel məsələ ilə əlaqədar ilk dəfə açıqlama verib.
Aktrisa fikirlərini sosial media hesabında paylaşıb.
O bildirib ki, təhsil ilə bağlı təxminən bir aydır ölkə xaricindədir: “Dünən gecə sizin kimi mən də mediada yayılan məlumatlarla tanış oldum. Məsələyə aydınlıq gətirmək üçün ölkəmə qayıdıb rəsmi şəkildə izahat verəcəyəm. Mən ölkəsini sevən, dövlətinə və ədalət sisteminə güvənən biriyəm. İnanıram ki, bu vəziyyət qısa zamanda öz həllini tapacaq”.
Qeyd edək ki, dünən axşam məşhurlarla bağlı aparılan narkotik araşdırması çərçivəsində “Beşiktaş” klubunun keçmiş rəhbəri Fikret Orman, “Galatasaray”ın sabiq prezidenti Burak Elmas, iş adamları Hakan Sabancı və Kerim Sabancı, həmçinin modellər Didem Soydan və Güzide Duran saxlanılıb.//Lent.az
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.
"9 yaşından Arzu mənim tələbəmdir. Mənim üçün çox doğmadırlar. Hər uğurları mənim uğurumdur. Mən evdə olmayanda da bizə gəlib-gedir. Tələbələrimin hamısı belədir. Müəllimin üzünü ağ edən qızdır. Hər kəs əziyyət çəkir, amma hamı müəllimin etimadını doğrultmur. Hara getsək, mədəniyyətin üzünü ağ edən tələbədir. Bu il yeni quruluşda təqdim olunan "Leyli və Məcnun" tamaşasında Leyli kimi Heydər Əliyev sarayında səhnəyə çıxdı. Onun bu uğuru məni sevindirdi. Mənimlə isə ilk dəfə səhnəyə Ankarada Leyli obrazında çıxıb".
“Həyat doğrudan da hər gün yeni sınaqlar, gözlənilməz anlar və dayanmadan irəliləməyi tələb edən bir mübarizədir. Bəzən bu yolda bir az motivasiyaya, bəzən isə sadəcə rahatlamağa ehtiyac duyulur”.