banner
banner

Sosİal

Xəzər dənizində köməksiz qalan 3 nəfər xilas edilib - FOTO

Sentyabr ayının 25-də saat 05:25 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş Komanda-Nəzarət Mərkəzinə Fövqəladə Hallar Nazirliyinin Böhran vəziyyətində idarəetmə mərkəzindən Zirə istiqamətindən dənizə çıxmış və sahildən 10 km məsafədə köməksiz vəziyyətdə qalmış qayığın 3 nəfər heyətinin xilas edilməsi üçün müraciət edildiyi barədə məlumat daxil olub.

Səadət Yusifova: "Ermənistan Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır"

"44 günlük Vətən müharibəsi tamamilə yeni Azərbaycan dövlətinin və yeni Azərbaycan millətinin qanla və torpaqla yoğrulduğu epoxal bir andır. Ötən bir il ərzində biz yenilənmiş Azərbaycana daxildən və xaricdən baxışın fundamental dəyişməsinin, ölkəmizə və xalqımıza qarşı oturuşmuş stereotiplərin dağılmasının, dünyanın tamamilə yeni bir Azərbaycanı kəşf etməsinin şahidi olduq".

Beyləqanda yararsız süd aşkarlanıb

Beyləqan rayonu, Dünyamalılar kəndində fəaliyyət göstərən, fiziki şəxs Qaryağdı Təhməzova məxsus süd qəbulu məntəqəsinə baxış keçirilib. Cia.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

27 il həsrətlə gözlədiyimiz 27 sentyabrda nə itirdik, nəyi qazandıq?!

Bir il öncə bu gün yenə də 27 sentyabr idi. Ancaq sonradan həmin günün təqvimimizdən siləcəyi çoxsaylı anım günlərimizin olmasına baxmayaraq, keçən ilin 27 sentyabrı hələ ki, bu gün olduğu kimi anım günümüz deyildi. Bəs, 27 il həsrətlə gözlədiyimiz, ümumi olaraq hər birimizin qəlbinin dərinliklərində günlərin birində mütləq gələcəyinə adımız kimi əmin olduğumuz, ancaq konkret olaraq nə zaman baş verəcəyi ilə bağlı düşünməkdən qorxduğumuza görə o düşüncələrin üzərindən ötəri keçdiyimiz 27 sentyabr 2020-ci il bizə nə verdi?! Verdiklərinin müqabilində isə nəyi aldı?!

Abşeronda 3 şəhidin il mərasimi keçirildi - Fotolar

Bu gün Abşeron şəhidləri Nurlan Ağakişiyev, Cəbrayıl Dövlətzadə və Rahid Sadıxovun anım mərasimi keçirilib. Cia.az xəbər verir ki, mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.