banner
banner

Sosİal

Sabah hava necə olacaq?

Azərbaycanda sentyabrın 28-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 20-22° isti, Bakıda gecə 15-17° isti, gündüz 20-22° isti olacaq.

Bakıda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keçirildi - Fotolar

27 sentyabr “Vətən Müharibəsi Şəhidlərinin Anım Günü” ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə Qaradağ rayonu ərazisində, Bakı-Ələt magistral avtomobil yolunun kənarındakı geniş sahədə ağacəkmə aksiyası keçirilib.

Hərbi təyyarəçimizin növbəti uçuşu nümayiş olunub.

Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən “Texnofest-2021” festivalının son günündə hərbi təyyarəçimizin növbəti uçuşu nümayiş olunub. Müdafiə Nazirliyindən Cia.az-a verilən məlumata, uçuşdan əvvəl Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının şanlı bayrağı dalğalandırılıb. Hərbi təyyarəçimizin İstanbul səmasında çətin pilotaj manevrlərlə nümunəvi uçuşu aviaşounu izləyən qonaqların marağına səbəb olub.

Türkiyə şirkəti Qazaxıstanda respublika əhəmiyyətli yolu təmir edəcək -FOTO

Qazaxıstanın MIIR Yollar Komitəsi Türkiyənin “EH ESER Taahhut ve Sanayi Anonim Şirketi” ilə respublika əhəmiyyətli avtomobil yolunun 101-143 km-lik “Uzunaqaş-Otar” hissəsinin yenidən qurulması ilə bağlı müqavilə imzalayıb. Cia.az xəbər verir ki, bu barədə “Kazinform” Milli İnformasiya Agentliyi qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb.