banner
banner

Sosİal

Balakən və Zaqatalada fəsadlar aradan qaldırılır - VİDEO

Məlumat verildiyi kimi, sentyabrın 23-ü gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında sululuğun artması səbəbindən baş vermiş qısamüddətli sel və daşqın səbəbindən Balakən və Zaqatala rayonlarında yaranmış fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi təmin olunub.

Artıq “BakıKart”ın balansını onlayn da artırmaq olar - - VİDEO

Vətəndaşların daha rahat və müasir İKT imkanlarından istifadə etməklə ödəmə üsullarından istifadə edə bilməsi üçün də işlər davam etdirilir. Bununla bağlı fəaliyyət planına əsasən mərhələli qaydada internet portalı üzərindən ödəmənin tətbiqi, QR kod, NFC və EMV (bank kartı il birbaşa ödəniş) texnalogiyalarından istifadə nəzərdə tutulub.

Avtomobil və mobil telefonlar bahalaşacaq: Qiymət artımına səbəb nədir? - FOTO

Ölkəmizdə ticarət obyektlərində mövsümlə əlaqədar qiymətlərdəki dəyişikləri sezmək mümkündür. Bəzi ərzaq məhsullarının idxaldan asılı səbəblərə görə qiymətində artım müşahidə edilir. İdxaldan asılı olan həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətlərindəki artıma beynəlxalq miqyasda daşınmalarda yaranan problemlər, konteyner çatışmazlığı, pandemiya ilə əlaqədar istehsalda geriləmə və s. səbəblər misal göstərilir. “Payız aylarında mövsümi olaraq tərəvəz, meyvə qiymətlərində artım ola bilər”

ETSN: Bəzi rayonlarda sel və daşqın olub

Faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Cia.az-a bildirilib ki, sentyabrın 23-ü saat 13:00-a olan məlumata əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub.

Bu məşhur obyektlər Xəzəri çirkləndirib

Xəzərin sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərindən dənizə axıdılan tullantı sularının müəyyən olunması məqsədilə Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən keçirilən monitorinqlərin nəticələrinə əsasən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılıb.

FHN: Ötən gün 53 yanğına çıxış olub, 8 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Cia.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 52 yanğına çıxış və 5 halda köməksiz vəziyyətdə qalma faktı

Bu kəndlərdə mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradıldı - Fotolar

Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərində mərkəzləşdirilmiş su təchizatı sistemləri yaradılıb. Bu barədə Cia.az-a “Azərsu”dan məlumat verilib. Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov rayonda həyata keçirilən sosial infrastruktur layihələrindən danışıb. Qeyd edib ki, içməli su qıtlığından əziyyət çəkən kəndlərdə icra olunan layihə mühüm hadisədir və sakinlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

Vətən Müharibəsinin bu qədər hərbçisinə ƏLİLLİK VERİLDİ

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərdən ibarət işçi qrupu Vətən Müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini davam etdirir.

ETSN-lə Qarabağ Dirçəliş Fondu arasında memorandum imzalandı

Sentyabrın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə Qarabağ Dirçəliş Fondu arasında işğaldan azad edilən ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılması və bərpa işlərinin görülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.