banner
banner

Sosİal

Sabah hava necə olacaq?

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Cia.az verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Bakının bəzi yerlərində evləri yağış suları basıb

26 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri sakinlərindən yağışların törətdiyi fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil

Bu ərazilərə qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 26-sı saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Sabiq nazir polisləri evində xadimə, çoban, balıqçı, otbiçən kimi işlədirmiş...

Naxçıvanın sabiq daxili işlər naziri Əhməd Əhmədov vəzifədə olduğu müddətdə polis əməkdaşlarını evində xadimə, fermasında çoban, vətəgələrində balıqçı, yonca sahəsində otbiçən kimi işlədibmiş. Cia.az-n məhkəmə materiallarından əldə etdiyi özəl məlumata görə, Ə.Əhmədov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, öz yaxın qohumlarının işə gəlməməsinə göz yumub, nəticədə, onlara dövlət büdcəsi hesabına əsassız olaraq əməkhaqqı ödənilib.

Göyçayda maşın yandı

Göyçay rayonunda VAZ markalı minik avtomobilinin salonu və yük yeri yanıb. Cia.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Gəncədə şəhidin qardaşı bədbəxt hadisə nəticəsində ölüb

Gəncədə bədbəxt hadisə qeydə alınıb. Cia.az-ın məlumatına görə 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb. O, dərhal xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq P. İsgəndərov xəstəxanada dünyasını dəyişib. Qeyd edək ki, Pərviz İsgəndərov Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşıdır.

Zaqatalada sel bir nəfərin ölümünə səbəb olub

Zaqatala rayonunda qeydə alınmış sel bir nəfərin ölümünə səbəb olub. Cia.az-ın məlumatına görə, sentyabr ayının 22-si axşam saatlarından sentyabrın 25-i günorta saatlarına kimi ölkənin şimal-qərb bölgəsini əhatə edən Balakən və Zaqatala rayonları ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub. Rayonlara sentyabrın 23-ü gecə saatlarında leysan yağışları yağıb. Leysan yağışları nəticəsində Balakən, Katex, Tala və digər çaylarda suyun səviyyəsi qalxıb.