banner
banner

Sosİal

İcra başçısı 15 yaşlı qızı xilas edən gənclə görüşdü - FOTO

Sentyabrın 22-də Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kənd sakini olan 15 yaşlı Allahverdiyeva Rəsmiyyə Dərgah qızı Baş Mil Kanalının bu rayonun Mahmudlu-2 kəndi ərazisindən keçən hissəsində ehtiyatsızlıqdan kanala yıxılıb. Füzuli Beynəlxalq Hava Limanında operator (kran sürücüsü) işləyən, 1994-cü il təvəllüdlü Qəbələ rayon sakini Seyidov Anar Əhliman oğlu fədakarlıq göstərərək kanalda boğulmaqda olan qızın həyatını xilas edib.

Taksi sürücüləri üçün vacib açıqlama

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına sahib olmaları xidmətə cəlb olunan polisin naryad qrupları tərəfindən seçmə yolu ilə yoxlanılacaq.

Almaniya Azərbaycana 300 min tibbi maska göndərdi

Sentyabrın 22-də Almaniya Federativ Respublikası tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinə ianə edilən 300 min tibbi maska Dövlət Gömrük Komitəsinə təhvil verilib.

Bakıda 20 gün əvvəl itkin düşən uşaq tapılıb

Binəqədi rayon sakini olan Xalid Əmirxanov Binəqədi Rayon Polis İdarəsinə müraciət edərək oğlu 12 yaşlı Əmirxanın itkin düşməsi barədə məlumat verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, o, izahatında oğlunun 20 günə yaxındır ki, evdən çıxdığını və geri qayıtmadığını bildirib. Məlumat daxil olan kimi dərhal azyaşlının axtarışlarına başlanılıb.

Xaçmazda velosiped sürən 11 yaşlı uşağı maşın vuraraq öldürüb

Xaçmazda 11 yaşlı uşağı maşın vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Cia.az-a verilən məlumata görə, sentyabrın 21-də saat 15 radələrində Xaçmaz rayonunun Mirzəməmmədqışlaq kəndi ərazisində Abşeron rayon sakini C.Nəsirov idarə etdiyi “Toyota” markalı avtomobillə velosiped sürən kənd sakini, 11 yaşlı Bahəddin Səfərəliyevi vurub.