Sosİal
Hava şəraiti ilə bağlı əhaliyə - Xəbərdarlıq
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraitinin sentyabrın 26-sı gündüz saatlarınadək davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi və güclü külək əsəcəyi gözlənilir. Cia.az xəbər verir ki, qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb: “Leysan xarakterli intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
"Kapital Bank" aztəminatlı ailələrdən olan tələbələri mükafatlandırıb -FOTO
Xəbər verdiyimiz kimi, Sabirabadın millət vəkili Kamal Cəfərovun təşəbbüsü, “Kapital Bank"ın və Aqrar İnnovasiya və Təchizat şirkətinin dəstəyi ilə Sabirabad rayonda yaşayan aztəminatlı ailələrin övladlarının ali məktəblərə hazırlığını təmin etmək məqsədilə 2020-ci ilin sentyabr ayından sosial layihə başlayıb.
Dövlət uşaq müəssisələrinin məzunlarından daha bir qrupuna mənzillər verilib - FOTO
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum şəxslərdən daha bir qrupu Abşeron rayonunda mənzillərlə təmin edilib.
Prokurorluq orqanları əməkdaşları növbəti ağacəkmə aksiyası keçiriblər - -FOTO
Sentyabrın 25-də Baş Prokurorluğun, Respublika Hərbi, Bakı şəhər və paytaxtın tabe rayon prokurorluqlarının əməkdaşları Azərbaycan Prokurorluğunun yaranmasının 103 illiyi münasibətilə ağacəkmə aksiyası keçirib. Baş Prokurorluqdan Cia.az-a verilən məlumata görə, dövlət başçısının ətraf mühitin mühafizəsinə yönələn ekoloji siyasətinə, ekoloji mühitin, xüsusilə yaşıllıqların mühafizəsi ilə bağlı tapşırıq və tövsiyələrinə, həmçinin yaranmış ənənəyə uyğun olaraq paytaxtın Binəqədi rayonu Xocasən qəsəbəsinin Sulutəpə yaşayış massivində təşkil edilən aksiyanın əsas məqsədi ağac əkininin təşviqinə, Abşeron yarımadasının ekoloji mühitinin yaxşılaşdırılmasına, paytaxtda yaşıllıq sahələrinin salınması və onların mühafizəsinə diqqət cəlb etməkdir.
Türkiyə və Rusiyaya məxsus yük gəmiləri toqquşdu - - Fotolar
İstanbul boğazında Türkiyə və Rusiyaya məxsus iki quru yük gəmisi toqquşub. Bu barədə Cia.az Türkiyənin NTV telekanalına istinadən xəbər verir.
Bu ərazilərdə sel və daşqınlar müşahidə olunur
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 23-ü saat 13:00-a olan məlumatına əsasən, bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən, Zaqatalada intensiv və güclü olub. Cia.az xəbər verir ki, güclü yağış nəticəsində Balakənçay (Balakən), Katexçay Katex və Talaçayda (Zaqatala ) hazırda sel və daşqın hadisəsi müşahidə olunur.
Azərbaycan və Macarıstan arasında ticarət və investisiya imkanları müzakirə olunub
Azərbaycanın iqtisadi imkanları, biznes mühiti, azad olunmuş ərazilərin investisiya imkanları Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Ticarət və Sənaye Palatasının biznes forumunda təqdim olunub. Azərbaycan Sahibkarlar Konfederasiyasından Cia.az-a verilən məlumata görə, forumda Azərbaycanı Konfederasiyaya üzv sahibkarlar təmsil ediblər.
Güclü külək əsəcək, bəzi yerlərdə yağış yağacaq
Sentyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. ETSN-dən Cia.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Rusiyada işləmək istəyənlərin nəzərinə: Qeydiyyat asanlaşacaq
Rusiyada əmək miqrantları üçün mobil tətbiq hazırlanır. Proqramın 2022-ci ilə kimi istifadəyə verilməsi planlaşdırılır. Bunun köməyi ilə miqrantlar sənədlərini qeydiyyatdan keçirə və iş axtara biləcəklər. Bu barədə RF Baş nazirin müavini Aleksey Overçuk bəyan edib.
Müdafiə Nazirliyi qazinin narahatlıqlarına münasibət bildirib
Müdafiə Nazirliyi Vətən müharibəsi qazisinin narahatlıqlarına münasibət bildirib.
Tam məsuliyyətimlə deyirəm ki, 2024-cü ilədək Azərbaycanın ən ucqar kəndinə internet olacaq
Azərbaycanda 2024-cü ilədək bütün ölkə ərazisi optik internetlə təmin olunacaq. Cia.az xəbər verir ki, bunu "Post COVID-19 və 4-cü Sənaye İnqilabı perspektivlərindən təhsilin dizaynı" adlı beynəlxalq konfransda çıxış edən Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, rəqəmsal transformasiya üçün lazım olan ana təməllərdən infrastrukturun qurulmasıdır ki, onun üzərində hazırda işlər aparılır.
Nazir: "İxtisaslı işçi qüvvəsinin sayı çox azdır"
“Rəqəmsal transformasiyanı həyata keçirə biləcək mütəxəssislərə ehtiyac var”. Cia.az məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Nizami Gəncəvi ili"nə həsr olunmuş “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda deyib.
“iPhone 13” smartfon seriyasının təqdimatı keçirilib
14 sentyabr tarixində “Apple” şirkəti yeni “iPhone 13” smartfon seriyasının təqdimatını keçirtdi. İndi isə bu seriyaya daxil olan smartfonların öncədən sifariş göstəriciləri barəsində məlumat verilib. Belə ki, Çində bir neçə saat ərzində öncədən sifarişlərin sayı 1 milyonu keçib. Qeyd etmək lazımdır ki, Çindəki “Apple Store”da öncədən sifarişlərə yalnız sabah start veriləcək. Lakin bəzi onlayn mağazalar artıq erkən sifarişləri qəbul etməyə başlayıblar.
SOCAR iqtisadiyyat dərsliklərinin tərcüməsini maliyyələşdirəcək - FOTO
SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki tərəfdaşları müxtəlif təhsil müəssisələrində təhsil alan, tədrislə məşğul olan və araşdırma aparan şəxslərin müasir akademik ədəbiyyatdan istifadəsini təmin etmək və biliklərini artırmaq məqsədi ilə dünyanın ən qabaqcıl universitetlərində tədris materialı kimi istifadə olunan dərsliklərin Azərbaycan dilinə tərcüməsinin maliyyələşdirilməsini həyata keçirməyi planlaşdırır. SOCAR-dan Cia.az verilən məlumata görə, layihə “SOCAR Midstream Sosial Sərmayə Təşəbbüsləri” çərçivəsində həyata keçirilir.
“Bakıda havanın çirklənmə səviyyəsi yetərincə azalıb”
"2021-ci ilin sentyabr ayı nisbətən mülayim temperatur rejimi ilə səciyyələnsə də, birinci ongünlükdə bəzi günlər arasında olan temperatur fərqi 20 dərəcəyə çatıb. Buna misal olaraq, sentyabrın 2-də Bakıda temperaturun 36.1, Sumqayıtda 38.2 dərəcəyədək yüksəlməsini, sentyabrın 8-də və 19-da isə 17.5 dərəcə isti olmasını qeyd etmək olar. Elə bircə bu fakt iqlim dəyişmələrinin təzadlı olmasını göstərir".
“Dayanıqlı şəhər mobilliyi, sağlamlıq və təhlükəsizlik” konfransı keçirilib - Fotolar
Avropa mobillik həftəsi çərçivəsində “Dayanıqlı şəhər mobilliyi, sağlamlıq və təhlükəsizlik” mövzusunda konfrans keçirilib. Konfrans Avropa Komissiyasının təşəbbüsü ilə keçirilən Avropa Mobillik həftəsinin Bakı şəhərində qeyd olunması və onun nəticələrinə həsr edilib.


