banner
banner

Sosİal

Nazirlik də qazi Farizlə bağlı açıqlama yaydı

Cəlilabad rayonu sakini, Vətən müharibəsi iştirakçısı Ağayev Fariz Hidayət oğlunun sosial mediada yayılan şikayəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırılıb. Cia.az xəbər verir ki, bu barədə Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Bulvarda intihar

Bakıda intihara cəhd hadisəsi qeydə alınıb. Belə ki, hadisə bulvarda baş verib. 1996-ci il təvəllüdlü Həsənova Roza İlham qızı özünü dənizə atıb.

Azərbaycan tərəfi iki mülki ermənini geri qaytarıb

Azərbaycan iki mülki ermənini geri qaytarıb. Cia.az-ın xəbərinə görə, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilir ki, Azərbaycan ərazisinə keçdiyi üçün saxlanılan şəxslər dünən gecə saatlarında qaytarılıb.

"AZƏRİŞIQ" ASC -nin "İSTİ AY" BƏHANƏSİ... - Bir ay evdə olmayan abonentlərə ikiqat işıq pulu necə hesablanıb?

Sentyabrın əvvəlindən başlayaraq sosial şəbəkələrdə vətəndaşların "Azərişıq" ASC-dən şikayətlərinin sayı xeyli artıb. Əsas narazılıq avqust ayında mənzillərə gələn işıq pulu borcunun ötən aylarla müqayisədə dəfələrlə artıq olmasıdır. Şikayətlərdə qeyd olunur ki, vətəndaşların istehlak etdikləri elektrik enerjisinin miqdarı dəyişməsə də onlardan ikiqat artıq vəsaitin ödənilməsi tələb olunur. Hətta həmin ay boyu evdə olmayan sakinlər də böyük miqdarda enerji israfı barədə borc bildirşləri alıblar.

Rüşvətə görə həbs ediən direktor və şöbə müdirinə hökm oxunub

Gəncə Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Ələkbərov Xaləddin Qasım oğlu və həmin kollecin Əyani şöbəsinin müdiri vəzifəsində işləmiş Dursunov İlqar Tahir oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk edib

Ölkəmizdə qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri sentyabrın 20-də Bakı limanını tərk ediblər. Qeyd edək ki, Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının “Astraxan” və “Anatoliy Qujvin” hərbi gəmiləri qeyri-rəsmi dostluq səfəri ilə sentyabrın 18-də Bakıya gəlmişdi.

Ermənistanın Azərbaycana vurduğu ziyana dair iddialar qaldırılması ilə bağlı MM-də xüsusi dinləmə keçiriləcək

Vətən Müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində Azərbaycan Respublikası vətəndaşlarının pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı Milli Məclisdə xüsusi dinləmə keçiriləcək. Cia.az-ın məlumatına görə, bu, parlamentin İnsan hüquqları komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edilib.

"ƏDV geri al" layihəsi çərçivəsində istehlakçılara 120 mln. manatadək vəsait qaytarılıb

Azərbaycanda "ƏDV geri al" layihəsi çərçivəsində bu ilin sentyabrın 1-dək iki müvəkkil bank xətti ilə ümumilikdə 296 851 431 çek üzrə 119,66 mln. manatdan çox ƏDV məbləği geri qaytarılıb. Dövlət Vergi Xidmətindən Cia.az -a verilən məlumata görə, ƏDV-nin qaytarılması üçün yaradılan xüsusi portalda (edvgerial.az) 1,5 milyona yaxın istifadəçi qeydiyyatdan keçib.

BMT-nin İnkişaf Proqramı ilə birgə əlilliyi olan şəxslər üçün kiçik bizneslər yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının birgə “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” layihəsi çərçivəsində əlilliyi olan işsiz şəxslər üçün kiçik bizneslər yaradılır. Cia.az-ın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə BMT İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi kimi ölkəmizdə fəaliyyət müddəti başa çatan Alessandro Frakasetti ilə görüşdə bildirilib.