Dünya
Yapon alimlər koronavirusa qarşı ömürlük immunitet yaradacaq peyvənd hazırlayır
Professor Mitinori Koharonun rəhbərlik etdiyi Tokio Universitetindən olan bir qrup alim COVID-19-a qarşı ömürlük immunitet yaradacaq peyvənd üzərində çalışır. Alimlər bunun üçün çiçək xəstəliyinə qarşı peyvəndi əsas götürüblər.
Çin silkələndi
Çinin Yunnan əyalətində 5,5 bal gücündə zəlzələ baş verib. Cia.az xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
ABŞ-da tədris onlayn formaya qayıdır
ABŞ-da son zamanlar koronavirusa yoluxma hallarının sürətlə artması səbəbindən bir çox universitet yenidən distant təhsilə keçib. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, 26 ştatda 70-dən çox universitet ikinci semestr kurslarını onlayn davam etdirəcəyini açıqlayıb.
Qazaxıstandan “Google” vergisi” tətbiq edilməyə başlanıldı
Qazaxıstanda 2022-ci ilin yanvarın 1-dən etibarən xarici internet şirkətlərinin fəaliyyətinə vergi tətbiq olunacaq. Sözügedən vergi “Google”a vergi” də adlandırılır.
Saakaşvilinin tərəfdarları aclıq aksiyasını dayandırıb
Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Melia bildirib ki, ölkənin həbsdə olan keçmiş prezidenti Mixeil Saakaşvilinin tərəfdarları onun xahişi ilə aclıq aksiyasını dayandırıblar.
Dünyada yoluxanların sayı 288 milyonu ötdü
Dünyada koronavirusa yoluxma hallarının sayı 288 milyon 201 min 551 nəfərə çatıb. Cia.az xəbər verir ki, bu barədə Amerikanın Cons Hopkins Universitetinin məlumatında deyilir.
Amerikalı məşhur aktrisa 99 yaşında dünyasını dəyişdi
Amerikalı məşhur aktrisa Betti Uayt 99 yaşında Los-Ancelesdə dünyasını dəyişib. Cia.az “People” jurnalına istinadən xəbər verir ki, Betti Uayt yanvarın 17-si öz 100 yaşını qeyd edəcəkdi.
"Taliban"dan yeni qadağa
Taliban hökumətinin Əmr-i bi'l ma'rûf ve nəhy-i anil münkər Nazirliyinin (Yaxşılığı Əmretmə və Pislikdən uzaqlaşdırma Nazirliyi) yeni qadağa ilə gündəmə gəlib.
İranda virusdan 33 nəfər ÖLÜB
İranda son 24 saat ərzində 1002 nəfər koronavirusa yoluxub, 33 nəfər isə ölüb. Cia.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Ukrayna limanlarını Rusiya gəmiləri üçün bağladı
Rusiya gəmilərinin Ukraynanın daxili sularına daxil olmasını qadağan edən qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minib. Cia.az xəbər verir ki, sözügedən sənəd Ukrayna Ali Radasının saytında yerləşdirilib.
Paşinyan 2021-ci ili Ermənistan üçün çətin il adlandırdı
“Ötən 2021-ci il Ermənistan üçün çətin il oldu”. Cia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını Yeni il münasibətilə təbrik edərkən deyib.
Fransada Yeni il gecəsi 870-dən çox avtomobil yandırılıb
Fransada Yeni il gecəsi xuliqanlar tərəfindən 870-dən çox avtomobil yandırılıb. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanen bildirib. Onun sözlərinə görə, bu rəqəm 874 olub. Bu isə əvvəlki illərlə müqayisədə azdır. 2019-cu ildə naməlum şəxslər tərəfindən 1,3 mindən çox avtomobil məhv edilib.
“Bu il pandemiyanın başa çatacağına əminəm” - ÜST rəhbəri
“Bu il koronavirus pandemiyasının başa çatacağına əminəm. Lakin bu birlikdə səy göstərdiyimiz təqdirdə mümkün olacaq”. Cia.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
Paşinyan erməni qadınlara pul vəd etdi - Daha çox uşaq doğmağa ÇAĞIRDI
Ermənistanın baş naziri Nikol Paşinyan Yeni il münasibətilə ölkə sakinlərini təbrik edərkən bir sıra məqamlara toxunub. Cia.az Ermənistan KİV-lərinə istinadən verdiyi məlumata görə, 44 günlük müharibədən bəhs edən Paşinyan bildirib ki, hökumət ölənlərin yerini doldurmaq üçün xüsusi porqram hazırlayıb.
Rusiyada ömür uzunluğu kəskin azalıb
Rusiya Federasiyasında orta ömür uzunluğu 70 yaşdan aşağı düşüb. Bu barədə Moskva Dövlət Universitetinin demoqrafı Vera Karpova məlumat verib. Onun sözlərinə görə, bu, koronavirus pandemiyası fonunda baş verib. Ekspertin sözlərinə görə, ölkədə gözlənilən ömür uzunluğu on il, orta ömür müddəti isə üç ildən çox azalıb.


