banner
banner

Dünya

Bayden - Putin görüşünün vaxtı AÇIQLANDI

Yanvarın 10-da ABŞ-Rusiya, yanvarın 12-də Rusiya və NATO görüşünün keçiriləcəyi gözlənilir. Cia.az xəbər verir ki, bu barədə Bayden administrasiyasının sözçüsü məlumat verib.

Rusiyada qanunsuz işləyən miqrantlar deportasiya olunacaq

"2020-ci ilin mart ayından 7 milyondan çox əcnəbi qanuni əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə sənədi alıb. Milyon yarımdan çox xarici vətəndaş isə Rusiyada qalmalarının qanuniliyini tənzimləyə bilib”. Cia.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin mətbuat mərkəzinin yaydığı məlumatda bildirilib.

Paşinyanın etirafları sülh prosesini sürətləndirə bilər

Bildiyiniz kimi, dekabrın 24-də Baş nazir Nikol Paşinyan nəhayət ki, həqiqəti dilə gətirərək Ermənistan cəmiyyətinə mövcud reallıqlarla barışmaq mesajını verdi. Paşinyanın açıqlamasında yer alan iki mühüm məsələ həm Ermənistanda, həm də Azərbaycanda ciddi əks-səda doğurdu.

Roma Papası: “Bu barədə düşünün. Bu, faciədir”

Roma Papası Fransisk Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü müraciəti zamanı bir çox cütlüyün hazırda uşaq sahibi olmaq istəməməsindən təəssüflənərək bunu “demoqrafik qış” adlandırıb. “Mən çox narahatam. Ən azı burada, İtaliyada “demoqrafik qış” yaşanır. Deyəsən, çoxları nəsil artırmaq istəyini itiriblər. Bir çox cütlük uşaq sahibi olmamağı və ya yalnız bir uşaq sahibi olmağı seçir. Bu barədə düşünün. Bu faciədir”, - deyə pontifik bəyan edib.

Gürcüstana yeni səhiyyə naziri təyin olundu

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Gürcüstana yeni səhiyyə naziri təyin edib. Cia.az gürcü mediasına istinadən xəbər verir ki, yeni nazir ölkənin müdafiə nazirinin keçmiş müavini Zurab Azaraşvilidir. Azaraşvili “Tbilaviamşeni” Tbilisi aviasiya zavoduna da rəhbərlik edib.

Bez parçasına bərabər tutulan Fransa bayrağı və sülhməramlıların əvəzinə basdırılacaq dirəklər...

Tarix yalnız parlaq qələbələri, qazanılmış nailiyyətləri və ya uğurları yazmır, onun tozlu səhifələri arasında eyni zamanda ən iyrənc hadisələri də görmək mümkündür. Həmin utanc səhifələrinə nəzər salsaq, Fransa adı çox tez-tez qarşımıza çıxacaq. Ancaq tarixi öz qanlı, çirkin əməlləri ilə kirlədən Fransa müasir dövrdə də bu iyrənc “ənənə”dən çəkinmədiyini açıq-aşkar göstərir. Hətta iş o yerə çatıb ki, artıq Fransa üçün sözügedən tozlu səhifələr belə kifayət etmir, bu dövlətin siyasəti özü birbaşa qaranlıq tarixə çevrilib.

“İstanbul-İrəvan reysləri qısa müddətdə başlayacaq”

“Ermənistan ilə münasibətlərin normallaşması mövzusunda qarşılıqlı nümayəndələr təyin etdik”. Cia.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün keçirilən 2021-ci ilin yekunlarına dair mətbuat konfransında açıqlayıb.

İranda 5,2 ballıq zəlzələ oldu

İranın cənub hissəsində 5,2 bal gücündə zəlzələ baş verib. Cia.az Avropa-Aralıq dənizi Seysmoloji Xidmətinə istinadən xəbər verir ki, zəlzələnin episentri Bender-Abbas şəhərindən 59 kilometr şimalda yerləşib.