banner
banner

Dünya

Allaha şükür ki, iki ölkə arasındakı gərginlik aradan qalxdı - İran səfiri

“Mövcud olan gərginlik istər-istəməz və süni olub. Əsasən kiberməkandan qaynaqlanan bu gərginliklər və insanların bildiyi bəzi məsələlər, Allaha şükür ki, iki ölkə liderlərinin dəstəyi ilə aradan qalxıb”. Cia.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.

İzmirdə miqrantları daşıyan qayıq batdı, 2 ölü

Türkiyənin İzmir şəhərinin sahillərində miqrantları daşıyan qayıq batıb. Cia.az “Sabah”a istinadən xəbər verir ki, hadisə Urla bölgəsinin Sığacıq körfəzi sahillərində quruya yaxın hissədə baş verib.

Rusiyada deputat çayın sahilində ölü tapıldı

Rusiya Federasiyası Kommunist Partiyasından deputat olmuş Daxili İşlər Nazirliyinin veteranı Sverdlovsk vilayətində ölü tapılıb. Aramil şəhərindən olan deputatı Valeri Blinovun meyiti Proletarskaya küçəsində, Sisert çayının yaxınlığında tapılıb.

Jirinovski yeni il gecəsi Ukraynanı bombalamağa çağırdı

Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski “Birinci Kanal”ın efirində Yeni il gecəsində Ukrayna və Qərb ölkələrinin ərazisinə bombalı zərbələr endirməyə çağırıb. Siyasətçi əlavə edib ki, prezident səlahiyyətləri olsaydı, özü belə bir sərəncam verərdi.

Saakaşvilinin həbsxanaya köçürülməsi təxirə salındı

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin hərbi hospitaldan həbsxanaya köçürülməsi müəyyən müddətə təxirə salınıb. Cia.ac xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidməti yayıb.

ABŞ-da naməlum şəxs küçədən keçənləri güllələdi

ABŞ-ın Kolorado ştatında atışma azı 5 nəfərin həyatına son qoyub. Denverin müxtəlif yerlərində 3 nəfər atışmanın qurbanı olub, daha iki nəfər ağır yaralanıb. Leykvud şəhərində də iki nəfər həlak olub. Bunlardan əvvəl orada naməlum şəxs polisi güllələyib. Hüquq-mühafizə orqanının əməkdaşı sağ qalıb.

Türkiyədə mer 2000 sosial şəbəkə istifadəçisini məhkəməyə verdi

Türkiyənin Bolu şəhərinin meri Tanju Özcan 2000 sosial şəbəkə istifadəçisini məhkəməyə verib. Cia.az “Cumhuriyyet”ə istinadən xəbər verir ki, Tanju Özcanın sosial mediada miqrantlar və ümumilikdə siyasətlə bağlı etdiyi paylaşımları istifadəçilərin kəskin narazılığına səbəb olub və onun ünvanına qarşı qeyri-etik ifadələr səsləndirilib.

Taliblər etiraza qalxan qadınlara atəş açdılar

Əfqanıstanda “Taliban” hərəkatının silahlıları Kabildə nümayiş təşkil edən qadınlara atəş açıblar. Hadisə İtaliyanın “Emergency” humanitar təşkilatının xəstəxanasının ərazisində baş verib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Paşinyan Rusiyada səfərdədir

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri başlayıb. Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyanın təyyarəsi Sankt-Peterburq şəhərində yerə enib. Xatırladaq ki, bu gün Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək.

Moskva-Qəbələ reysi üçün bilet satışı başlayıb

Rusiya “Nordwind” aviaşirkəti yeni açılan Moskva-Qəbələ reysi üçün bilet satışına başlayıb. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, Moskva-Qəbələ reysi üçün uçuşların “Boeing 737-800” təyyarəsində həyata keçirilməsi planlaşdırılır.

Putin və Nazarbayev təkbətək görüşüb

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevlə Rusiya lideri Vladimir Putin arasında görüş Sankt-Peterburqda təkbətək formatda başlayıb. Cia.az xəbər verir ki, bu barədə Nazarbayevin mətbuat katibi Aidos Ukibay məlumat verib.