Dünya
Gürcüstanda şəxsi avtomobildə siqaret çəkmək qadağan olunur
Gürcüstan parlamenti taksi, qayıq və şəxsi avtomobillərdə siqaret çəkməyi qadağan edən qanun layihəsini birinci oxunuşda qəbul edib. Cia.az“Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, parlamentin növbədənkənar iclası zamanı 79 nəfər sözügedən qanun layihəsinin lehinə, 2 nəfər isə əleyhinə səs verib.
Tonoyan qalmaqallı açıqlamalar verməyə hazırlaşır
Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan barəsində başladılan cinayət işi üzrə istintaq yekunlaşıb və iş yanvarda məhkəməyə təqdim ediləcək. Cia.az xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.
Saakaşvilinin vəziyyəti kritikdir - Sevgilisi danışdı
Ukrayna Ali Radasının deputatı və Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sevgilisi Yelizaveta Yasko siyasətçinin vəziyyətinin ağır olduğunu bildirib.
Rusiyada mədəndəki qəzada daha 20 nəfərin cəsədi tapıldı
Rusiyada “Listvyajnaya” mədənində baş verən partlayışdan sonra burada daha 20 nəfərin cəsədi aşkar olunub. Cia.az xəbər verir ki, bu barədə məlumat Kemerovo vilayətinin qubernatoru Sergey Çivilevin teleqram kanalında verilib.
Ermənistanda COVID-19-dan daha 32 nəfər ölüb
Ermənistanda son sutkada yeni növ koronavirusa (COVID-19) 398 yeni yoluxma qeydə alınıb. Cia.az-ın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə infeksiyaya yoluxanların sayı 338 518-ə çatıb.
İordaniya parlamentində əlbəyaxa dava - VİDEO
İordaniya parlamentində millət vəkilləri arasında əlbəyaxa dava düşüb. Cia.az “Jordan TV”yə istinadən xəbər verir ki, dava ölkə konstitusiyasına düzəlişlərin müzakirəsi zamanı yaranıb.
Litvada 12 yaşlı uşaqlardan COVID-19 pasportu tələb olunacaq
Litvada koronavirusa qarşı peyvənd edilən, həmçinin bu xəstəlikdən sağalan şəxslərə verilən və peyvənd olunmayan insanlarla müqayisədə müəyyən üstünlüklər verən “imkanlar pasportu” 12 yaş və yuxarı uşaqlardan da tələb olunmağa başlanıb.
Məşhur aktyor koronavirusa yoluxub
Avstraliyalı məşhur aktyor Hyu Cekman koronavirusa yoluxduğunu açıqlayıb. “Bu səhər koronavirus testim müsbət çıxdı. Məndə soyuqdəyməyə bənzər simptomlar var: boğaz ağrısı və yüngül burun axması”, - deyə o, “Twitter” hesabında bildirib.
Yunanıstanda 6,1 ballıq zəlzələ oldu
Yunanıstanda Krit adasının sahillərində 6,1 bal gücündə zəlzələ baş verib. Cia.az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) yayıb.
İranda kişi idman edən qadınların üzərinə sulfat turşusu atıb
İranda kişi parkda idman edən 3 qadının üzərinə sulfat turşusu atıb. Cia.az-ın məlumatına görə, naməlum şəxs paytaxt Tehranın Şəhriyar bölgəsində yerləşən parkda səhər idmanı edən 3 qadının üzərinə sulfat turşusu atıb. Faktla bağlı cinayət işi başlanıb.
İqor Dodon 12 milyon dolları mənimsəməkdə şübhəli bilinir
Moldovanın sabiq prezidenti İqor Dodon 12 milyon dollar vəsaiti mənimsəməkdə ittiham olunur.
Rusiya vətəndaşlığını almaq sadələşdirilir
Rusiya Prezidenti Vladimir Putin “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanun layihəsini Dövlət Dumasına təqdim edib. Cia.az“Lenta.ru”ya istinadən xəbər verir ki, qanun layihəsi dövlət başçısına Rusiya vətəndaşlığını sadələşdirilmiş qaydada əldə etmək hüququ olan şəxslərin kateqoriyalarını müəyyən etmək üçün daha çox səlahiyyətlərin verilməsini təklif edir.
Rusiyada daha 21 119 nəfər koronavirusa yoluxub
Rusiyada son sutka ərzində daha 21 119 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Cia.az-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 458 271 nəfərə çatıb. Son sutka ərzində 932 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 307 022 nəfərə çatıb.
Sudanda mədən çökdü: Onlarla qızılaxtaran həlak oldu
Sudanda qızıl mədəninin çökməsi nəticəsində 40-dan çox adam ölüb. Qərbi Kordofan ştatında xilasedicilər sağ qalanların tapılması ümidi ilə axtarışları davam etdirirlər. Mədəndə 46-ya yaxın adamın çalışdığı bildirilib.
Ermənistan itkilərinin yeni sayını açıqladı
Ermənistanın İstintaq Komitəsi Qarabağda 44 günlük müharibə zamanı bu ölkə tərəfdən ölənlərin yeni sayını açıqlayıb. Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, 2021-ci il dekabrın 24-nə olan məlumata görə, müharibə zamanı Ermənistan tərəfdən 3808 nəfər ölüb.
Gürcüstan parlamentinin yeni spikeri seçilib
Gürcüstan parlamentinin hakim “Gürcü Arzusu” partiyasından olan deputatı Şalva Papuaşvili parlamentin spikeri postuna təsdiqlənib. Cia.az xəbər verir ki, Gürcüstan parlamentinin bu gün keçirilən iclasında baş tutmuş səsvermədə deputatlardan 88-i onun lehinə, 1-i isə əleyhinə səs verib. Yeni sədrin təsdiqlənməsi üçün minimal 76 səsə ehtiyac olub.


