Dünya
Baydenlə Zelenski arasında telefon danışığı oldu
ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub. Cia.az xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.
Sudanın baş naziri istefa verdi
Sudanın baş naziri Abdullah Hamduk vəzifəsindən istefa verdiyini açıqlayıb. “Mən məsuliyyəti öz üzərimə götürmək və baş nazir postundan istefa verdiyimi elan etmək, həmçinin bu nəcib ölkənin başqa bir kişisinə və ya qadınına şans vermək qərarına gəldim”, - deyə o, dövlət televiziyasında açıqlamasında bildirib.
II Elizabetin oğlu əlahəzrət titulundan məhrum edilə bilər
Böyük Britaniya Kraliçası II Elizabetin oğlu, York hersoqu Endryu əlahəzrət titulundan istifadə etmək hüququndan məhrum oluna bilər. Cia.az “The Sunday Times” qəzetinə istinadən xəbər verir ki, şahzadə Endryu Amerika məhkəməsində 17 yaşlı qıza təcavüz edilməsi ilə bağlı işi uduzarsa, Böyük Britaniya Kraliçası belə bir qərar verə bilər.
Dardanel boğazı gəmilərin hərəkətinə bağlandı
Dardanel (Çanaqqala) boğazı gəmilərin hərəkətinə bağlanıb. Cia.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Gürcüstanda yeni qadağaların tətbiqinə başlanıldı
Yanvarın 1-dən Gürcüstanda yeni qaydalar qüvvəyə minib. Cia.az xəbər verir ki, yanvarın 1-dən taksi sürücülərinə sükan arxasında, şəxsi avtomobil sürücülərinə isə salonda uşaqlar olduqda siqaret çəkmək qadağan edilib.
“Omicron”un aşağı patogenliyinin səbəbi açıqlandı
Mütəxəssislər “Omicron” ştamının səbəb olduğu koronavirus infeksiyasının yüngül gedişatını əvvəlki variantlarla müqayisədə ağciyərlərdə ştamın aşağı yayılma sürəti ilə əlaqələndirirlər. Cia.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti yazır.
Gürcüstanda koronavirus mənzərəsi
Gürcüstanda son sutkada koronavirusa 796 yoluxma halı qeydə alınıb. Cia.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi məlumat yayıb.
Bu ölkədə qara görə 230-dan çox aviareys təxirə salındı
Son iki gündə Yaponiyanın qərb və şimal rayonlarına yağan güclü qar səbəbindən 230-dan artıq aviareys təxirə salınıb. Cia.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb.
Türkiyədə idmançıları yarışa aparan avtobus aşdı, ölən və yaralananlar var
Türkiyədə güləşçiləri yarışa aparan mikroavtobus dərəyə aşıb.
İŞİD əmirinin azərbaycanlı arvadı təhlükəli terrorçularla bağlı sirləri açdı
Xəbər verdiyimiz kimi, İŞİD-in “Türkiyə əmiri” olmuş Mustafa Dokumacının arvadı, Azərbaycan vətəndaşı Ülkər Məmmədova ötən ilin oktyabrında Suriyadan Türkiyəyə keçib və təslim olub. Cia.az virtualaz.org-a istinadən xəbər verir ki, o, istintaqla sövdələşməyə gedərək, bir sıra təhlükəli terrorçuların barəsində məlumat verib və dekabrın sonlarında məhkəmə Ü.Məmmədovanı azad edib.
Belçikada bina partladı, ölənlər var
Belçikanın Niderland sərhədi yaxınlığındakı Turhot qəsəbəsində yaşayış binası partlayıb.
Rusiyada virus mənzərəsi
Rusiyada son sutkada daha 18 233 nəfər COVID-19-a yoluxub. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 10 537 966 nəfərə çatıb.
Türkiyə ordusu altı terrorçunu məhv etdi
Türkiyə ordusu “Sülh çeşməsi”, “Zeytun budağı” və Fərat qalxanı” əməliyyat bölgələrində altı PKK/YPG terrorçusunu zərərsizləşdirib. Cia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Almaniyada müsəlmanların qəbirləri dağıdıldı
Almaniyanın İzerlon şəhərindəki müsəlman qəbiristanlığında 20 məzar naməlum şəxs və ya şəxslər tərəfindən dağıdılıb.
Rusiyada avtobus qəzasında beş nəfər ölüb
Rusiyanın Ryazan vilayətində beş nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Belə ki, Moskvadan Həştərxan istiqamətində hərəkət edən “Neoplan” müntəzəm avtobusu dəmir yolu körpüsünün dayağına çırpılıb, nəticədə beş nəfər ölüb, ikisi azyaşlı olmaqla 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtobusda 52 nəfər olub. Xəsarət almayanlar üçün müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb. Mənbə: TASS
Türkiyə Silahlı Qüvvələri Suriyada 6 terrorçunu zərərsizləşdirib
Türkiyə Silahlı Qüvvələri “Pinar çeşməsi”, “Zeytun budağı” və “Fərat Qalxanı” əməliyyatları zonalarında 6 terrorçunu zərərsizləşdirib.


