Dünya
Etirazlar fonunda Qazaxıstanda əsas messencerlər işləmir
Qazaxıstanda əsas messencerlər olan “Telegram”, “WhatsApp” və “Signal”işləmir. Sosial şəbəkələr yerli vaxtla təxminən saat 22.00-da fəaliyyətini dayandırıb. Bundan başqa, Almatıda mobil internet işləmir.
Amerikada bir ayda rekord sayda insan işdən çıxıb
Amerikada ötən ilin noyabrında 4,5 milyon nəfər işdən çıxıb. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, 2021-ci ilin noyabrında baş verən bu göstərici indiyə kimi qeydə alınan rekord hesab edilib. Belə ki, vakant iş yerlərinin sayı noyabr ayında əvvəlki aya görə 529 min azalaraq 10 milyon 562 minə düşüb. Bu dövrdə azalan boş iş yerlərinin sayının 11 milyon 75 min olacağı gözlənilirdi.
Paşinyanın partiyasından iki deputat istefa verdi
Ermənistan parlamentinin iki deputatı istefa verib. Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onlar “Vətəndaş müqaviləsi” partiyasının üzvləri olan Serqey Movsisyan və Sedrak Tevonyandır.
İsveç kralı koronavirusa yoluxub
İsveç kralı XVI Karl Qustav və arvadı Silviya koronavirusa yoluxub.
QAZAXISTANDA BAHALAŞMA ƏLEYHİNƏ ETİRAZLAR... - Ölkə başçısı əhaliyə müraciət etdi, qazın qiyməti endirildi
Ümumilikdə təkcə postsovet məkanında deyil, demək olar bütün dünya ölkələrində müşahidə olunan bahalaşma ciddi etirazlarla müşaiyət olunur. Xüsusilə də sosial-iqtisadi cəhətdən o qədər də dayanıqlı olmayan ölkələrdə bu etirazlar siyasi çalarlar almağa başlayır.
Kral və kraliça koronavirusa yoluxdu
İsveç Kralı XVI Karl Qustav və həyat yoldaşı, kraliça Silviada yeni növ koronavrius (COVID-19) aşkar edilib. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar bundan əvvəl üç dozada vaksin olunub. 75 və 78 yaşlı kral və kraliçanın yüngül simptomları olduğu bildirilir.
Hindistanın paytaxtında yeni qadağalar
Hindistanın paytaxtı Yeni Dehlidə koronavirus pandemiyasının daha çox yayılması səbəbi ilə yeni qadağalar tətbiq edilməyə başlanılıb. Cia.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt sakinlərinə həftəsonları küçəyə çıxmaq qadağası tətbiq ediləcək. Bundan əlavə, xidmət sektorunu çıxmaqla, dövlət işində çalışanlar evdən işləməli olacaq. Özəl sektorda çalışanların 50 faizi isə ofisdən işlərinə davam edə biləcək.
Qazaxıstanda qiymət artımına etiraz mitinqləri səngimir
Qazaxıstanda maye qazın qiymətinin artmasına görə yanvarın ilk günlərindən başlayan etiraz aksiyaları səngimir. Hökumət məsələnin araşdırılıb çıxış yolu tapılmasını vəd edir. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, Aktau hava limanından şəhərə gedən yolu bağlayan etirazçılar rayon rəhbəri Nurlan Noqayevin xidməti avtomobilini saxlayıb və təcili yardım maşınlarından başqa heç bir avtomobilə keçid verməyəcəklərini bildiriblər.
ABŞ-da yeni anti-rekord: Dünyada ən çox yoluxma halı qeydə alındı
ABŞ-da 1 milyondan çox yoluxma hadisə ilə həm ölkə daxilində, həm də dünyada koronavirusa ən çox gündəlik yoluxma qeydə alınıb. Con Hopkins Universitetinin son 24 saat ərzində açıqladığı koronavirus məlumatlarına görə, ABŞ-da 1 milyon 83 min 948 yeni yoluxma aşkarlanıb və bununla da ölkədə yeni rekorda imza atılıb. Bu, ABŞ-da cəmi dörd gün əvvəl qeydə alınan əvvəlki rekorddan təxminən iki dəfə çoxdur.
Türkiyə ötən il 1140 terrorçunu məhv edib
2021-ci il ərzində Türkiyə 143 min 321 antiterror əməliyyatı keçirib.
İranda çarəsiz insanlar böyrəklərini satır -FOTO
İranda çarəsiz insanlar böyrəklərini satı Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
İraq HHM qüvvələri partlayıcı maddə
İraqın Hava Hücumundan Müdafiə (HHM) qüvvələri Əyn-əl-Əsəd hərbi bazası yaxınlığında partlayıcı maddə daşıyan iki pilotsuz uçuş aparatını (PUA) vurub.
Məşhur aktyor “omicron” ştammına YOLUXDU
Türkiyənin məşhur kino və teatr aktyoru, 74 yaşlı Erdal Özyağcılar koronavirusa yoluxub. Cia.az xəbər verir ki, Özyağcılar xəbəri sosial media hesabında paylaşıb:
Paşinyan qəfil səfər etdi
Ermənistanın baş naziri Nikol Paşinyan bu gün gözlənilmədən Gümrüyə gedib. Cia.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.
Rusiyada neft emalı zavodunda yanğın baş verib
Rusiyanın Tümen şəhərində Antipinski neft emalı zavodunun ərazisində yanğın baş verib. Bu barədə məlumat və görüntülər sosial şəbəkələrdə paylaşılıb.
İsraildə hərbi helikopter qəzaya uğrayıb: Ölən və yaralananlar var
Aralıq dənizinin, Hayfa sahillərində hərbi helikopterin qəzaya uğraması nəticəsində İsrail ordusunun iki zabiti həlak olub. Bu barədə İsrail Müdafiə Qüvvələri öz “Twitter” hesabında məlumat yayıb.


