Dünya
Təbrizdə fəhlələr etiraza qalxdı
İranın azərbaycanlıların da yaşadığı Təbriz şəhərində fəhlələr etiraza qalxıb.
Zelenski və Bayden bu tarixdə danışacaq
Ukrayna prezidenti Volodimir Zelenski yanvarın 2-də ABŞ Prezidenti Co Baydenlə danışıq aparacaq. Cia.az xəbər verir ki, bu barədə Zelenski şəxsi "Twitter" hesabında məlumat verib.
Ermənistan prezidentlərinin və Paşinyanın keçmiş şəxsi cangüdəni öldü
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Dövlət Mühafizə Xidmətinin keçmiş rəisi Qriqoriy Ayrapetov dünyasını dəyişib. Cia.az xəbər verir ki, bu barədə məlumatı “Shamshyan” yayıb.
Avropa yeni ilə məhdudiyyətlərlə girdi
Avropanın bir çox ölkəsi yeni ilə koronavirusun “Omicron” variantının yayılmasına qarşı yenidən tətbiq edilən məhdudiyyətlər altında girib. Cia.az xəbər verir ki, genişmiqyaslı açıq hava tədbirlərinin keçirilmədiyi Avropa ölkələrində sakinlər evlərdən atəşfəşanlıq və canlı televiziya şoularını izləməyə məcbur olublar.
Kim Çen İn 2022-ci ili “ölümcül mübarizə ili” adlandırdı
“2022-ci il “böyük ölümcül mübarizə” ili olacaq”. Cia.az xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen İn ölkənin Koreya Fəhlə Partiyasının bayramöncəsi iclasında çıxışında deyib.
2 milyardlıq saziş İMZALANDI: İrana zərbələr endirməyə hazırlaşırlar? SON DƏQİQƏ
İsrail ABŞ-la 12 "Lockheed Martin Corp CH-53K" helikopteri və iki "Boeing Co KC-46" təyyarəsi almaq məqsədilə müqavilə imzalayıb.
Kadırov əməkdar hüquq müdafiəçisi oldu
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov və onun valideynlərinə respublikanın əməkdar hüquq müdafiəçiləri fəxri adları verilib.
İndoneziyada məscidin “wi-fi” şifrəsi dəyişdi və “qiyamət” qopdu
İndoneziyanın Medan şəhərində iki gənc məsciddə pulsuz “wi-fi” bağlantısı aşkar edincə ibadətgahda mobil oyun oynamağa başlayıb. Bunu görən məscid əməkdaşları “wi-fi” şifrəsini dəyişdirib.
ABŞ-da küçədə atışma: Yaralananlar var
ABŞ-ın Filadelfiya şəhərində iki nəfər küçədə odlu silahdan atəş açıb. Yerli polisin məlumatın görə, atışma zamanı cəmi 65 atəş açılıb.
ATƏT-ə sədrlik bu ölkəyə keçdi
Polşa ilin əvvəlində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi İsveçdən qəbul edib. Cia.az xəbər verir ki, yanvarın 1-dən respublika 57 ölkənin daxil olduğu bu beynəlxalq təşkilatda əlaqələndirici qismində çıxış edəcək.
Paşinyan orduya qadınları yığmaq istəyir
“Əsas vəzifəmiz Silahlı Qüvvələrimizdə, ordumuzda islahatların aparılmasıdır. Ermənistan professional orduya sahib olmalı, bu orduya daha çox qadın cəlb edilməlidir”. Cia.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Yeni il münasibətilə ölkə sakinlərini təbrik edərkən deyib.
Reyqanın keçmiş müşaviri Rusiya vətəndaşlığı aldı
Rusiya prezidenti Vladimir Putinin imzaladığı fərmanla ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, ölkə prezidenti Ronald Reyqanın keçmiş müşaviri Suzan Massiyə Rusiya vətəndaşlığı verilib.
Putin-Bayden danışığından öncə Peskovdan - Açıqlama
“Rusiya heç vaxt ABŞ-la münasibətlərdə gərginliyə səbəb olan tərəf olmayıb”. Cia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Rusiyada şəxsi avtomobillərin texniki baxışı ləğv edildi
Rusiyada şəxsi avtomobillərin icbari müntəzəm texniki baxışı ləğv edilib. Cia.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq qanunu imzalayıb.
Ermənistanda İrəvan-İstanbul uçuşlarına rəsmi icazə verildi
Ermənistan Mülki Aviasiyası Ermənistanın “Flyone Armenia” aviaşirkətinə İrəvan-İstanbul-İrəvan marşrutu üzrə çarter reysləri həyata keçirməyə icazə verib.
Dünyanın bir çox ölkələrində COVID-19-a yoluxmada rekord qeydə alınıb
Fransada koronavirusa günlük yoluxma sayı 200 mini ötüb ki, bu da pandemiya başlayandan bəri yeni rekorddur. Bu barədə ölkənin Səhiyyə Naziri Olivye Veran məlumat verib.


