Dünya
Gürcüstanda Omikrona yoluxma halları artmaqda davam edir
Yeni "Omikron" koronavirus ştamına daha 5 yeni yoluxma halı aşkarlanıb. Cia.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamğrelidze İmmunlaşdırma Şurasının iclasından sonra keçirilən brifinqdə qeyd edib.
Rusiyada koronavirusdan daha 998 nəfər ölüb
Rusiyada son sutka ərzində daha 24 703 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Cia.az-ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 343 353 nəfərə çatıb.
Türkiyənin vitse-prezidenti koronavirusa yoluxdu
Türkiyənin vitse-prezidenti Fuad Oktay koronavirusa yoluxub. 57 yaşlı siyasətçinin COVID-19 testi pozitiv çıxıb.
Amayak Ovannisyan: “Biz türkiyəli və azərbaycanlı həmkarlarımızla dialoqa hazırıq”
Yaxın vaxtlarda Türkiyə və Ermənistanın xüsusi nümayəndələri - Sərdar Kılıç və Ruben Rubinyanın iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələsini müzakirə edəcəyi görüş gözlənilir. Erməni ekspert dairələri Ermənistan-Türkiyə barışığının perspektivləri haqqında nə düşünür?
Yanvarda ABŞ və Rusiya arasında təhlükəsizliklə bağlı danışıqlar keçiriləcək
“ABŞ Rusiya ilə yanvarda təhlükəsizliklə bağlı danışıqlar keçirəcək, lakin danışıqların detalları hələ tam razılaşdırılmayıb”. Bu açıqlama ilə Ağ Evin mətbuat katibi Cen Psaki çıxış edib.
Ərdoğan məzənnəyə görə qalxan qiymətlərin enəcəyini açıqladı
"Dollar artımı zamanı qiymətləri hansı sürətlə, hansı nisbətdə artırıblarsa, o cür də endirmələrini xüsusilə gözləyirik". Cia.az TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Gürcüstan parlamentinin sədri istefa verib
Gürcüstan parlamentinin spikeri Kaxaber Kuçava istefa verib. Bu barədə ölkənin hakim “Gürcü arzusu” partiyası bəyanat yayıb.
“Türkiyənin Rusiyaya qarşı müharibədə iştirakı mümkün deyil”
“Türkiyənin Rusiya Federasiyasına qarşı Ukrayna tərəfində hərbi əməliyyatlarda iştirakı qeyri-realdır”. Cia.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Türkiyə parlamentinin deputatı, Yenilik Partiyasının rəhbəri Öztürk Yılmaz deyib.
Kreml MDB liderlərinin qeyri-formal sammiti barədə məlumat yayıb
Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə dekabrın 28-də Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin dövlət başçılarının ənənəvi qeyri-formal sammiti keçiriləcək. Cia.az-ın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Rusiya XİN Şarl Mişelin sərhədlərin demarkasiyası ilə bağlı fikirlərini şərh edib
“Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası məsələsində 26 noyabr tarixli Soçi razılaşmasından irəli gələrək çıxış edir”. Cia.az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Avropa İttifaqının sədri Şarl Mişelin sərhədlərin delimitasiyası prosesində Aİ ekspertlərinin iştirakı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.
Vladimir Tatosov dünyasını dəyişdi
Sovet və Rusiya teatr və kino akyoru, RSFSR Xalq artisti Vladimir Tatosov 95 yaşında dünyasını dəyişib. Sovet və Rusiya teatr və kino akyoru, RSFSR Xalq artisti Vladimir Tatosov 95 yaşında dünyasını dəyişib.
Zaxarova: “Gürcüstanın “3+3” formatına qoşulması üçün qapılar həmişə açıqdır”
“3+3” Cənubi Qafqazda regional əməkdaşlıq platformasının qapısı Gürcüstan üçün həmişə açıqdır. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Qarabağda qanunsuz erməni silahlıları arasında kütləvi dava : Yaralılar var
Dekabrın 23-də gecə saatlarında Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında qanunsuz erməni silahlı dəstələrinin üzvləri arasında kütləvi dava baş verib.
Koronavirus xəstəxanasında yanğın baş verdi
Rusiyanın Həştərxan vilayətində koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada yanğın baş verib.
İran Türkiyə ilə quru sərhədlərini bağladı
İran Türkiyə ilə bütün sərhəd-keçid məntəqələrini 15 gün müddətinə bağlamaq qərarına gəlib. Cia.az “Cümhuriyyet”ə istinadən xəbər verir ki, qərar dekabrın 24-ü gecə saat 00:00-dan etibarən qüvvəyə minib.
İngiltərədə rekord yoluxma
İngiltərədə son 24 saatda COVİD-19-a 119 789 yoluxma faktı qeydə alınıb. Cia.az xəbər verir ki, bu, pandemiya başlayandan ölkədə qeydə alınan ən yüksək göstəricidir.


