Dünya
Türkiyədə avtobus qəzasında ölənlərdən ikisi Azərbaycan vətəndaşıdır -FOTO
Dekabrın 18-də Qarsın Sarıqamış rayonunda baş verən faciəvi avtobus qəzasında 2-si Azərbaycan vətəndaşı olmaqla 4 nəfər həyatını itirib.
Rusiyada koronavirusdan ölənlərin sayı 297 mini ötüb
Rusiyada son sutka ərzində daha 27 967 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Mövlud Çavuşoğlu Əmirxan Muttaki ilə görüşüb -FOTO
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstanın “Taliban” hökumətində xarici işlər naziri vəzifəsini icra edən Əmirxan Muttaki ilə görüş. Bu barədə türkiyəli nazir özünün “Twitter” səhifəsində məlumat verib.
NATO Avropanın şərqində hərbi kontingentini artırmaq istəyir
NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, ABŞ Hərbi Hava Qüvvələri generalı Tod Uolters Rusiyanın Ukrayna ilə sərhəddə hərbi mövcudluğunun artırılması ilə əlaqədar olaraq alyansın Avropanın şərq sərhədindəki kontingentinin artırılmasını təklif edib.
Gürcüstanda daha 2 195 nəfərdə COVID-19 aşkarlanıb
Gürcüstanda son sutkada koronavirusa 2 195 yeni yoluxma halı təsdiqlənib, 47 nəfər vəfat edib.
Londonda fövqəladə vəziyyət elan edildi
Böyük Britaniyanın paytaxtı Londonda fövqəladə vəziyyət elan edilib.
Prodüser ailəsi ilə birgə təyyarə qəzasında öldü - Fotolar
Yüngül mühərrikli özəl təyyarə Dominikan Respublikasının paytaxtı Santo Dominqoda yerləşən Las-Amerika hava limanı yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan sərnişinlər həlak olub.
Yunanıstanda güclü zəlzələ
Bu gün Yunanıstanın cənubunda güclü zəlzələ baş verib. Cia.az xəbər verir ki, bu barədə Afina Geodinamik İnstitutu məlumat yayıb.
Çinin ən yaşlı qadını 135 yaşında vəfat edib -FOTO
Çinin ən yaşlı qadını olan Alimixan Seyidi 135 yaşında vəfat edib. Məlumata görə, Sincan-Uyğur Muxtar Vilayətinin Kaşqar rayonunda yaşayan Çin vətəndaşı kifayət qədər aktiv həyat tərzi keçirib. Qadın başqasının köməyi olmadan ev təsərrüfatı ilə məşğul olub, müntəzəm gəzintilər edib və yaşına baxmayaraq, nəvələrinə nəticələrinə baxmağa kömək edib.
İranda 60 milyon nəfər yoxsulluq həddindən aşağı səviyyədə yaşayır -FOTO
“Bugün cəmiyyətin fiziki sağlamlığı təhlükə altına düşüb”. “Azad İran” “Telegram” kanalının məlumatına görə, bu sözləri iranlı sosioloq Əmanullah Qərai Müqəddəm ölkədə yoxsulluğun nəticələri barədə danışarkən deyib.
Əfqanıstanda partlayış baş verib, ölən və yaralananlar var
Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
Pakistanda partlayış - 12 ölü, 12 yaralı
Pakistanın Kəraçi şəhərində təbii qaz boru kəmərində baş verən partlayış nəticəsində, ilkin məlumata görə, 12 nəfər ölüb, 12 nəfər yaralanıb.
Sarkisyan səhvlərini etiraf etdi
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan hakimiyyəti dövründə çoxlu səhvlərə yol verdiyini etiraf edib. Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, o, Ermənistanın bu günü və gələcəyi haqqında danışarkən səhvlərini etiraf edib.
Rusiyanın ən zəngin qadınlarından biri həbs olundu
Rusiyanın ən zəngin qadınlarından biri Olqa Mirimskaya həbs olunub. Cia.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qadın bankir İstintaq Komitəsinin əməkdaşına rüşvət verməkdə şübhəli bilinib.
Tokiodan Pekinə ETİRAZ
Yaponiya hökuməti dekabrın 16-da Çin dəniz polisinin dörd patrul gəmisinin Tokionun ərazi suları hesab etdiyi mübahisəli Senkaku (Diaoyu) adaları yaxınlığındakı zonaya daxil olmasına görə Çin hakimiyyətinə etiraz göndərib. Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno mətbuat konfransında bildirib.
Belarusa qaçan polşalı əsgərlərin komandirləri işdən çıxarıldı
Belarusdan sığınacaq istəyən polşalı əsgərlərin komandirləri işdən çıxarılıb. Cia.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi bəyanat yayıb.


