banner
banner

Dünya

Cənubi Koreyanın keçmiş Prezidenti azadlığa buraxılır

Cənubi Koreya hakimiyyəti 22 il həbs cəzasına məhkum edilmiş keçmiş Prezident Pak Kın Heni əfv edəcək. Cia.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, sabiq Prezident 2017-ci ildə korrupsiya və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək həbs edilmişdi.

Qriqoryanın mesajı həm də beynəlxalq aləmədir

Politoloq Elxan Şahinoğlu Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın regional məsələləri müzakirə etmək üçün paytaxt Bakıya və Ankaraya rəsmi səfər etməklə bağlı açıqlamasını şərh edib. Cia.az xəbər verir ki, E. Şahinoğlunun sözlərinə görə, Armen Qriqoryan eyni zamanda, Azərbaycan və Türkiyə nümayəndə heyətlərini İrəvanda qəbul etməyə hazır olduqlarını da səsləndirib:

Putin şəxsi həyatından DANIŞACAQ

Rusiya prezidenti Vladimir Putin bu gün - dekabrın 23-də illik mətbuat konfransı keçirəcək. Cia.az Rusiya KİV-nə istinadən xəbər verir ki, tədbir Manejdə keçiriləcək. COVID-19 səbəbindən mətbuat konfransında iştirak edən media nümayəndələrinin sayına məhdudiyyət qoyulub – brifinqə 500 jurnalist buraxılacaq.

Soçidə kurort rüsumunun məbləği beş dəfə artırılıb

Krasnodar diyarının deputatları regional qanuna Soçidə gündəlik kurort rüsumunun məbləğinin 10 rubldan (0,14 ABŞ dolları) 50 rubladək (0,68 dollar) artırılmasını nəzərdə tutan düzəlişləri qəbul ediblər. Bu barədə Cia.az "Interfax"a istinadən yazır.

İranda daha 51 nəfər COVID-19-dan öldü

İranda ötən sutka ərzində 1 932 nəfər koronavirusa (COVID-19) yoluxub, 51 nəfər ölüb. Cia.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Ermənistanın dövlət borcu təklükəli həddə ÇATIB

Müstəqillik əldə etdikdən sonra Ermənistanın xarici borcu davamlı olaraq artıb. 2000-ci ildə bu rəqəm 1,01 milyard dollar olduğu halda, 2020-ci ildə 13,09 milyard dollara çatıb. Təkcə 2019-cu illə müqayisədə xarici borcun məbləği 1,2 milyard dollar artıb. 2000-ci ildə dövlət borcu ÜDM-in 51,6%-ni təşkil etdiyi halda, 2019-cu ildə 86,1%, 2020-ci ildə isə 105,2%-ni təşkil edib.

Qazaxıstanda ölüm hökmü ləğv olundu

Qazaxıstanda ölüm hökmü ləğv olunub. Cia.az yerli mətbuata istinadən xəbər verir ki, ölkə parlamentinin yuxarı palatası olan Senat bununla bağlı qanun qəbul edib.

Rusiyada daha 1002 nəfər koronavirusdan öldü

Rusiyada son sutkada koronavirusdan ölənlərin sayı daha 1 002 nəfər artaraq 301 271-ə yüksəlib. Cia.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.