Dünya
Paşinyan müxalif partiyalara görüş təklifi etdi, rədd cavabı aldı
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin müxalif partiyalarına qapalı görüş keçirməyi təklif edib. Cia.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, “Ermənistan” və “Şərəfim” var fraksiyaları görüşdən imtina ediblər.
Meksika sahillərində 6 bal gücündə zəlzələ
Meksikanın cənub-qərb sahillərində 6 bal gücündə zəlzələ baş verib. Cia.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Madaqaskar sahillərindəki gəmi qəzasında ölənlərin sayı 64-ə çatıb
Madaqaskar sahillərində dekabrın 20-də baş verən gəmi qəzasında ölənlərin sayı 64-ə çatıb.
Rusiyada keşiş övladlığa götürdüyü qızları illərlə zorlayıb
Rusiyada Müqəddəs Nikolay kilsəsinin keşişi övladlığa götürdüyü üç qızı 10 il ərzində zorlayıb. Qeyd olunur ki, 2010-cu ildə 46 yaşlı Sergey Lısenko həyat yoldaşı ilə birlikdə 13 yaşlı qızı övladlığa götürüb. Yeniyetməyə atalığının ona təcavüz etməsi ilə bağlı ögey anasına deyib. 6 il əvvəl ailə daha bir yeniyetmə qızı övladlığa götürüb. Həmin qız da eyni hadisə ilə üzləşib. O, həqiqət üzə çıxana qədər, iki il bu barədə danışmayıb.
Rusiyada Şaxta baba məhkəməyə verildi
Rusiyanın Sankt-Peterburq şəhərinin sakini, ixtisasca vəkil olan kişi məhkəmədə Şaxta babaya qarşı iddia qaldırıb. O, Yeni ilin əsas simvolu sayılan Şaxta babadan 10 milyon rubl pul (230 min manat) təzminat və 23 hədiyyə tələb edir.
Dubay əmirindən qaçan şahzadə Haya ərindən 554 milyon funt-sterlinq alacaq - FOTO
Dubay əmiri Məhəmməd Əl-Maktumun keçmiş həyat yoldaşı şahzadə Haya ondan boşandıqdan sonra təxminən 554 milyon funt sterlinq alacaq. Boşanma prosesinin aparıldığı Böyük Britaniya Ali Məhkəməsinin qərarı çərşənbə axşamı, dekabrın 21-də açıqlanıb.
ABŞ Ukraynaya kibertəhlükəsizlik mütəxəssisləri göndərdi
ABŞ Ukraynaya kibertəhlükəsizlik üzrə mütəxəssislər qrupu göndərib. Ekspertlər ukraynalı həmkarlarına ölkənin enerji şəbəkələrinin, bank sisteminin və digər mühüm infrastrukturun mühafizəsini gücləndirməkdə kömək edəcəklər. Amerikalı ekspertlər Ukraynaya rusiyalı hakerlərindən kiberhücumların gələ biləcəyini gözləyirlər. Mənbə: TASS
Yaponiyada üç məhkum edam edilib
Yaponiyada ədliyyə naziri Yosihisa Furukavanın əmri ilə üç məhkum asılıb.
Qırğız səfirə şiddətli töhmət verildi
Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Azərbaycandakı səfiri Kayrat Osmonəliyevə şiddətli töhmət verib. Cia.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın “Knews” nəşri yayıb.
Almaniya xarici işlər naziri Rusiyaya səfərə dəvət olunub
Almaniya xarici işlər naziri Annalena Baerbok Rusiyaya səfər etmək niyyətindədir. Cia.az-ın xəbərinə görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov "Russia Today"a müsahibəsində deyib.
Moskva miqrantlar üçün patentin qiymətini artırır
Moskva meri Sergey Sobyanin paytaxtda əcnəbi miqrantlar üçün patentin qiymətinin 5 900 rubladək (80 ABŞ dolları) artdığını açıqlayıb. Cia.az Rusiya mətbuatına istinadən yazır.
Lavrov NATO-nun baş katibini istefa verməyə ÇAĞIRDI
NATO Baş katibi Yens Stoltenberqin vəzifəsindən getməsinin vaxtı çatıb. Çünki o, öz vəzifələrini yerinə yetirə bilmir. Cia.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
Paşinyan Sarkisyanla GÖRÜŞÜB
Ermənistan prezidenti Armen Sarkisyan bu gün baş nazir Nikol Paşinyanla görüşüb. Cia.az xəbər verir ki, bu barədə Ermənistan mətbatı məlumat yayıb.
MDB liderləri Rusiyaya toplanır - Tarix AÇIQLANDI
Dekabrın 28-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB-yə üzv ölkələrin dövlət və hökumət başçılarının qeyri-rəsmi zirvə görüşü keçiriləcək. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


