Dünya
Belarusun Londondakı səfirliyinə hücum edildi, yaralılar var
Belarusun Londondakı səfirliyinə hücum edilib. Cia.az xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, hadisə dekabrın 19-da axşam saatlarında baş verib. Əvvəlcə naməlum şəxslər diplomatik nümayəndəliyin binasının fasadını korlayıblar, bundan sonra Belarus diplomatlarına fiziki hücum ediblər.
Rusiya və Almaniya arasında diplomatik gərginlik davam edir
Rusiya Federasiyası rəsmi Berlinin oxşar addımına cavab olaraq iki alman diplomatı ölkədən çıxarır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Türkiyədə güclü qara görə dərslər dayandırıldı
Türkiyədə güclü qara görə bəzi əyalət və rayonlarda tədris dayandırılıb.
Ərdoğan nazirləri topladı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti toplanıb. CIa.az TRT-yə istinadən xəbər verir ki, iclasın əsas gündəliyi iqtisadiyyat olacaq.
“Omikron” Gürcüstana da çatdı
Gürcüstanda koronavirusun “Omikron” ştammına yoluxma aşkarlanıb. Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
“ABŞ və NATO təhlükəsizlik təkliflərinə konkret cavab verməyib” - Kreml
Rusiya ABŞ və NATO-ya müxtəlif təhlükəsizlik zəmanətləri ilə bağlı təqdim etdikləri təkliflərə hələlik konkret cavab almayıb. Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Gürcüstandan Rusiyaya gedən yol bağlandı
Yuxarı Lars keçid məntəqəsinə (Gürcüstan-Rusiya sərhədi) gedən yol Gürcüstan tərəfindən bütün növ avtomobillər üçün bağlanıb.
KTMT-nin Baş katibi Ermənistana gedir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistana səfər edəcək. Cia.az xəbər verir ki, bu barədə məlumatı KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov açıqlayıb.
Britaniyanın “Brexit” üzrə naziri istefa verdi
Böyük Britaniyanın “Brexit” məsələləri üzrə naziri Devid Frost istefa verib. Cia.az “Sky News”a istinadən xəbər verir ki, bu barədə məlumat Frostun ölkənin Baş naziri Boris Consona ünvanladığı məktubda yer alıb.
ABŞ-ın Əfqanıstan üzrə nümayəndəsi taliblərlə görüşüb
Radikal “Taliban” hərəkatının nümayəndə heyəti İslamabadda ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Tomas Uest ilə məsləhətləşmələr aparıb.
İsrailin Səhiyyə Nazirliyindən Türkiyəyə səyahət qadağası
İsrail Səhiyyə Nazirliyi ölkə hökumətinə ABŞ, Türkiyə, Belçika, Macarıstan, Almaniya, İtaliya, Kanada, Mərakeş, Portuqaliya və İsveçrəni israillilər üçün səyahətin qadağan edildiyi ölkələr siyahısına əlavə etməyi tövsiyə edib. Bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Saakaşvilinin yaddaşında problemlər var
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sevgilisi olan Ukrayna Ali Radasının deputatı Yelizaveta Yasko bildirib ki, siyasətçinin yaddaşında problemlər yaranmağa və əlilliyə səbəb ola biləcək fəsadlar inkişaf etməyə başlayıb. "Bir sıra fəsadlar var ki, onlar nevroloji xəstəliklərlə bağlıdır. Bu fəsadlar onun hərəkət və yeriməsinə, hərəkətlərinin koordinasiyasına, yaddaşına çox mənfi təsir edir. Təəssüf ki, onun çox ciddi problemləri var. Əlilliyə səbəb ola biləcək simptomatik xəstəliklər çox güclü şəkildə inkişaf edir”, - deyə Yasko “Facebook”da yayım zamanı bəyan edib. Qeyd edək ki, Saakaşvili oktyabrın 1-də Gürcüstanda saxlanılıb. O, oktyabrın 2-də keçirilən yerli seçkilər ərəfəsində vətənə qayıdıb.
Gürcüstan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi Almaniyada saxlanılıb
Gürcüstan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi Georgi Kalandadze Gürcüstan hökumətinin sorğusu əsasında Almaniyada saxlanılıb. Bu barədə Gürcüstan mətbuatı generalın qohumlarına istinadla məlumat yayıb.
Yeni ştam İrana da çatdı
İranda koronavirusun yeni “Omicron” ştamına ilk yoluxma halı qeydə alınıb. Cia.az xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyi yanında İnfeksion Xəstəliklərin Müalicəsi Mərkəzinin rəhbəri Məhəmməd Mehdi Quyya açıqlayıb.
Çilidə prezident seçkilərinin ikinci turu keçirilir
Bu gün Çilidə prezident seçkilərinin ikinci turu keçirilir.


