banner
banner

Dünya

Yunanıstanda miqrantları daşıyan qayıq batdı

Yunanıstanın Paros adasının sahillərində yelkənli qayığın qəzaya uğraması nəticəsində 16 nəfər həlak olub. Yerli sahil mühafizəsinin məlumatına görə, 63 nəfər xilas edilib.

Gələn ay Rusiya-NATO Şurasının iclası olacaq

NATO-nun baş katibi Yens Stoltenberq yanvarın 12-də NATO-Rusiya Şurasının (NRC) iclasının çağırılması barədə qərar qəbul edib. Cia.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi alyansdakı mənbəyə istinadən məlumat yayıb.

Türkiyə seriallarının yayımı dayandırıldı

Yeni ilə sayılı günlər qaldığı üçün Türkiyə kanalları bayram hazırlıqlarına başlayıb. Bir çox kanallar əyləncə formatlı proqramlarla tamaşaçılarına xoş və əyləncəli anlar yaşatmağı hədəfləyir. Bu səbəblə, həftə sonu serialların yayımı müvəqqəti dayandırılacaq.

İran quru sərhədlərini bağlayır

İran yeni növ koronavirus (COVID-19) infeksiyasının Omikron ştamına yoluxma hallarının artmasına görə quru sərhədlərini bağlayır.

“Parça maskalar bəzəkdən başqa bir şey deyil”

Corc Vaşinqton Universitetinin səhiyyə siyasəti və menecmenti professoru Liane Ven parça maskaların koronavirusun “Omicron” ştamı qarşısında faydasız olduğunu bildirib. Bu barədə Cia.az CNN-nə istinadən xəbər verir.

Milad ərəfəsində 4 mindən çox uçuş ləğv edildi

Dünyada Milad bayramı ərəfəsində 4300-dən çox reys ləğv edilib. Cia.az “İnterfaks”a istinadən xəbər verir ki, buna səbəb koronavirusa yoluxma hallarının artması və “Omicron” ştamının yayılması olub. Bildirilir ki, təkcə dekabrın 24-ü bütün dünya üzrə 2300-dən çox reys ləğv edilib.