banner
banner

Dünya

Gürcüstanda 10 gün iş olmayacaq

Gürcüstanda Yeni il bayramı ilə əlaqədar yanvarın 1-dən 10-dək qeyri-iş günü elan edilib. Cia.az-ın xəbərinə görə, bu barədə Qurumlararası Koordinasiya Şurasının iclasında qərar qəbul edilib.

Rusiyada koronavirusdan ölənlərin sayı 300 mini ötüb

Rusiyada son sutka ərzində daha 25 264 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. Cia.az-ın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 10 292 983 nəfərə çatSon sutka ərzində 1020 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 300 269 nəfərə çatıb.

"Omikron"a qarşı vaksin hazırlanır

Oksford Universiteti və "AstraZeneca" şirkəti koronavirusun "omikron" ştammı ilə mübarizə üçün nəzərdə tutulan vaksinin hazırlanmasına başlayıb. Cia.az-ın məlumatına görə, bu barədə "AstraZeneca"nın bəyanatında deyilir.

İrəvanda tarixi binanı qanunsuz satan eks-nazir axtarışa verildi

Ermənistanın keçmiş mədəniyyət naziri Asmik Poqosyan axtarışa verilib və o qiyabi həbs edilib. Cia.az Ermənistanın İstintaq Komitəsinə istinadən xəbər verir ki, Xarici Ölkələrdəki Ermənilərlə Mədəni Əlaqələr Cəmiyyətinin idarə heyətinin üzvü Qor Davtyan, təşkilatın sədri və Ermənistanın İsraildəki eks-səfiri Armen Smbatyan və Asmik Poqosyan cinayətkar sxem həyata keçiriblər.

İranda qatar aşdı, yaralılar var - FOTOLAR

İranın paytaxtı Tehran şəhərində qatar relsdən çıxıb, nəticədə azı 22 nəfər xəsarət alıb. Cia.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, yaralıların biri kritik vəziyyətdədir.

Rusiya, Türkiyə və İranın iştirakı ilə sammit keçiriləcək

Rusiya, Türkiyə və İran Tehranda Suriya məsələləri ilə bağlı “Astana” formatında zirvə görüşünün keçirilməsi barədə razılığa gəliblər. Cia.az “TASS”a istinadən xəbər verir ki, görüş 2022-ci ilin fevral-mart aylarında keçiriləcək.

Mixeil Saakaşvilidən xalqa müraciət

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin tərəfdarları dünən axşam saatlarında Qori xəstəxanasının qarşısında toplaşıblar. Cia.az xəbər verir ki, onlar Mixeil Saakaşvilini ad günü münasibəti ilə təbrik edib, Gürcüstan himnini oxuyublar.