“Qəbələ”nin idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı
“Qəbələ” İdman Klubunun taekvondoçusu Cavad Ağayev Gənclərin Yay Olimpiya Oyunlarında iştirak edəcək.
Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, təmsilçimiz Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq yarışa lisenziya qazanıb.
Taekvondoçumuz Rusiyada keçirilən G1 kateqoriyalı “Russian Open” turnirində qazandığı qələbədən sonra mötəbər yarışa vəsiqəni rəsmiləşdirib. 63 kq çəki dərəcəsində çıxış edən Ağayev Azərbaycan milli komandasını bu kateqoriyada təmsil edəcək.
Xatırladaq ki, Gənclərin Yay Olimpiya Oyunları bu il oktyabrın 6-18-də keçiriləcək
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb