banner
banner

İdman

Qurban Qurbanov: Azarkeşlərimizi məzmunlu futbolla sevindirə biləcəyik

Qurban Qurbanov: Azarkeşlərimizi məzmunlu futbolla sevindirə biləcəyik

UEFA Millətlər Liqası turniri çərçivəsində sentyabrın 7-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan-Kosovo oyunu ərəfəsində milli komandamızın baş məşqçisi Qurban Qurbanovun, yığmanın üzvləri Kamran Ağayevin və Qara Qarayevin iştirakı ilə mətbuat konfransı keçirilib.

Musavat.com AFFA-nın saytına istinadən bildirir ki, mətbuat konfransında oyunla bağlı fikirlərini bölüşən Qurban Qurbanov deyib: “Uzun müddətdən sonra ilk rəsmi oyunumuz olacaq. Bir neçə gündür ki, komanda ilə birlikdəyik və rəqibi təhlil edirik. Hazırlığı pis keçməmişik. Futbolçular istəklidir, hər biri yaxşı oyun göstərməyə çalışacaq. Rəqibin oyunlarına baxıb təhlil etmişik. İnanıram ki, azarkeşlərimizi məzmunlu futbolla sevindirə biləcəyik”.

Komandanın qapıçısı Kamran Ağayev də bildirib ki, yaxşı nəticə qazanmaq üçün əllərindən gələni edəcəklər: “Biz öz oyunumuzu düşünürük. Rəqib komanda haqqında məlumatım var və futbolçuları təhlil etmişik. Bizə verilən göstərişi komanda halında düzgün yerinə yetirsək, yaxşı nəticə əldə edə bilərik. Əsas özümüzə inanmalıyıq. İnşallah, uğurlu nəticə qazanacağıq”.

UEFA Millətlər Liqasının digər turnirlərdən fərqləndiyini vurğulayan yığmamızın müdafiəçisi Qara Qarayev isə deyib: “Bu turnirin sonu bizim üçün çox faydalı ola bilər. Rəqibin potensialına bələdik. Sabah meydanda əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Bu turnirdə bütün futbolçularımızda həyəcan var. Bu dəfə hər şey tamamilə fərqlidir. Azarkeşlərin bu turnirdə komandadan yaxşı nəticə gözləməsi bizim üçün böyük motivasiyadır və mən onları daha çox dəstək olmağa çağırıram. Oyunda da ən çox ehtiyac duyduğumuz azarkeşlərimizin dəstəyidir”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.