|
“Kuboka qələbə ilə başlamaq vacib idi. Qələbəyə layiq idik. Daha çox qol vura bilərdik. Futbolçularımın oyunundan razıyam". 58 yaşlı portuqaliyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçiriləcək görüş barədə də danışıb. O, bu matçın vacibliyini vurğulayıb: "Maritimo" ilə oyunda qələbə ilə yanaşı, meydana az çıxan futbolçulardan istifadə etmək də vacib idi. Komandada rəqabəti artırmalıyıq. Çünki Avropa Liqasında vacib oyunumuz var”. |


