FİDE-nin yeni prezidenti seçildi: Mahir Məmmədov vitse-prezident təyin olundu
Arkadi Dvorkoviç FİDE-nin prezidenti seçilib. Trend-in məlumatına görə, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti təyin olunub.
Xatırladaq ki, FİDE prezidenti postuna 3 namizəd var idi. Lakin səsverməyə az qalmış britaniyalı Naycel Şort namizədliyi Dvorkoviçin xeyrinə geri götürüb. Nəticədə Dvorkoviçin lehinə 103 səs, Makropulosun lehinə isə 78 səs verilib.
Dvorkoviçin komandasına Fransalı Başar Kuatli (birinci vitse-prezident), Mahir Məmmədov və Perulu Xulio Ernesto Qranda Suniqa (vitse-prezident) daxildir.
1995-ci ildən FİDE-nin prezidenti rusiyalı Kirsan İllümjinov idi.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb