UEFA ÇL: "Yuventus" Mançesterdə minimal, "Roma" isə öz meydanında böyük hesablı qələbə qazandı
UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İngiltərənin “Mançester Yunayted” komandası İspaniyanın “Real Madrid” klubunu qəbul edib.
Trend-in məlumatına görə, “Old Trafford” stadionunda keçirilən oyun qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1. Oyunda yeganə qolu 17-ci dəqiqədə Paulo Dibala vurub.
Beləliklə, “H” qrupunda lider 9 xalla “Yuventus”dur. İkinci yerdə aktivində 4 xalla “Mançester Yunayted” qərarlaşıb, üçüncü və dördüncü yerləri müvafiq olaraq “Valensiya” (2 xal) və “Yanq Boyz” (1 xal) komandaları tutur.
Digər maraqlı qarşılaşma İtaliyanın Roma şəhərində baş tutub. “Roma” Rusiyanın MOİK komandasını qəbul edib.
Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb. İtalyanlar rusiyaliların qapısından 3 cavabsız top keçirib. Hesabı 30-cu dəqiqədə Edin Dzeko açıb, 13 dəqiqə sonra futbolçu dubla imza ataraq hesabda fərqi daha da artırıb – 2:0. Oyunda son nöqtəni isə Cengiz Ünder qoyub: 50-ci dəqiqədə hücumçu MOİK-in qapısına 3-cü qolu vurub.
Beləliklə, 3 turdan sonra “G” qrupundakı vəziyyət aşağıdakı kimidir:
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb