banner
banner

İdman

"Qarabağ" 2,5 milyon avroluq hücumçunu əlindən buraxıb

"Qarabağ" 2,5 milyon avroluq hücumçunu əlindən buraxıb

“Qarabağ” klubunun yay fasiləsində heyətinə qatmaq istədiyi futbolçulardan daha birinin kimliyi müəyyənləşib.

“Report” “Eldes Marque” nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Ukrayna “Şaxtyor”undan Qustavo Esekyel Blanko Leşukun transferini gözdən keçirib. 27 yaşlı argentinalı forvardın xidmətində Azərbaycan çempionu ilə yanaşı, İspaniyanın “Sportinq” və “Malyorka”, Serbiyanın “Srvena Zvezda”, Bolqarıstanın MOİK komandaları maraqlı olub.

Lakin yekunda Ukrayna əsilli 190 sm boya malik mərkəz hücumçusu 1 il müddətinə İspaniyanın “Malaqa” klubuna icarəyə verilib. Əndəlüslülər transfer qiyməti 2,5 milyon avro qiymətləndirilən futbolçunu birdəfəlik almaq hüququna malikdirlər.

“Malaqa” 10 turdan sonra 22 xalla İspaniya Sequndasının (I Divizion) lideridir. Bütün matçlarda forma geyinən Blanko Leşukun hesabında 4 qol var.

Qeyd edək ki, Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” yay fasiləsində bir neçə əcnəbi hücumçu ilə danışıq aparasa da, yekunda sabiq forvardı İnnosent Emeqaranı transfer edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.