banner
banner

İdman

Cüdoçularımız Əbu-Dabidə “Böyük dəbilqə” turnirində üç medal qazanıblar

Cüdoçularımız Əbu-Dabidə “Böyük dəbilqə” turnirində üç medal qazanıblar

Oktyabrın 29-da Əbu-Dabidə cüdo üzrə “Böyük dəbilqə” turnirinə yekun vurulub. Azərbaycan millisi turniri 1 gümüş və 2 bürünc medalla başa vurub.

Trend-in məlumatına görə, reytinq xarakterli turnirdə 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov özbəkistanlı Aklmurodbek Xudoyberdıevə, Rusiya təmsilçisi Ashad Kostoevə və Portuqaliya idmançısı Xorxe Fonsekə qalib gələrək finala yüksəlib. Həlledici görüşdə israilli cüdoçu Peter Palçikə məğlub olan E.Qasımov gümüş medalla kifayətlənib.

 

Millimizin üzvləri Məmmədəli Mehdiyev (90 kq) və İrina Kindzerskaya (78 kq-dan yuxarı) nüfuzlu turnirdə bürünc medal qazanıblar.

Qeyd edək ki, turnirdə 64 ölkədən 400-dək cüdoçu birincilik uğrunda mübarizə aparıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.