İnfantino: 2022-ci il dünya çempionatında 48 komanda iştirak edə bilər
Beynəlxalq Futbol Federasiyası (FIFA) 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının iştirakçı komandalarının sayının 48-ə qədər artırılması imkanına baxır.
Trend-in məlumatına görə, bunu FIFA prezidenti Canni İnfantino Asiya Futbol Konfederasiyasının konqresində çıxışı zamanı deyib.
C.İnfantino 2026-cı il dünya çempionatının final mərhələsində komandaların sayını 32-dən 48-dək artırmaq qərarına gəldiklərini deyib:
"Bəs bu, 2022-ci il mundialında baş verəcəkmi? Əgər mümkündürsə, niyə də yox? Hazırda bu məsələni Qətərdən olan və regiondakı digər dostlarımızla müzakirə edirik və bu yeniliyin həyata keçəcəyinə ümid edirik".
Qeyd edək ki, 2022-ci il dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərin 7 şəhərində keçiriləcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb