“İndi hücumçu olmaq üçün ancaq “İnstaqram” lazımdır”
İtaliya millisinin sabiq hücumçusu Kristian Vyeri maraqlı açıqlama verib.
Qol.az-ın məlumatına görə, 44 yaşlı veteran futbolçu İtaliya mətbuatına açıqlamasında indiki hücumçuların işinə məsuliyyətsiz yanaşdığını, daha çox sosial şəbəkələrə maraq göstərdiklərini bildirib:
“İndi hücumçu olmaq üçün ancaq “İnstaqram” lazımdır. Daha hərəyə 30 qol vurmaq, hər bazar qol vurmaq lazım deyil. Əvvəllər əgər bir oyunda qol vura bilmirdinsə, otağına çəkilib, öz səhvlərini analiz edirdin. Artıq növbəti gün meydanda daha yaxşı olmağa çalışırdın. İndi isə belə deyil.
Bizim nəslin oyunçuları futbolun xəstəsi idi. Əsasən də hücumçular qol üçün yaşayırdı”.
Qeyd edək ki, Vyeri İtaliya millisində 49 oyuna 23 qol vurub. Müxtəlif klubların formasını geyinən sabiq hücumçu daha çox “İnter”də oynayıb. O, Milan təmsilçisində 144 oyuna 103 dəfə rəqib qapılarına yol tapıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb