banner
banner

İdman

İtaliya A Seriyası: “Milan” ardıcıl üçüncü qələbəsini qazanıb

İtaliya A Seriyası: “Milan” ardıcıl üçüncü qələbəsini qazanıb

Noyabrın 4-də İtaliya A Seriyasının 11-ci turuna yekun vurulub.

AZƏRTAC xəbər verir ki, turun sonuncu qarşılaşması “Daçia Arena”da keçirilib. “Milan” “Udineze”nin qonağı olub. Görüş “rossoneri”lərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunun taleyini həll edən qol qarşılaşmanın 97-ci dəqiqəsində vurulub. “Milan” klubunun kapitani Alesio Romanyoli əks hücum zamanı müdafiəçilərin səhvini bağışlamayıb. Bu gənc müdafiəçinin artıq ikinci həlledici qolu olub.

Xatırladaq ki, çempionatın 10-cu turunda “Genoa” ilə oyunda A.Romanyoli sonuncu dəqiqələrdə vurduğu qolla milanlılara qələbə qazandırıb (2:1).

“Milan” ardıcıl üçüncü qələbəsini qazanaraq turnir cədvəlində dördüncü yerini qoruyub saxlayıb.

İtaliya A Seriyasının 12-ci turunda "Milan" doğma meydanda “Yuventus” klubunu qəbul edəcək. "Udineze" isə səfərdə "Empoli"nin qonağı olacaq.

Turun digər oyunlarında növbəti nəticələr qeydə alınıb:

"Napoli"-"Empoli" - 5:1

"İnter"-"Genoa" - 5:0

"Fiorentino"-"Roma" - 1:1

"Yuventus"-"Kalyari" - 3:1

"Lazio"- SPAL- 4:1

"Kyevo"-Sassuolo" - 0:2

"Parma"-"Frosinone" - 0:0

"Sampdoriya"-"Torino" - 1:4

"Bolonya"-"Atalanta" - 1:2.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.