banner
banner

İdman

İspaniya La Liqası: «Real» səfərdə “Selta”nı darmadağın etdi

İspaniya La Liqası: «Real» səfərdə “Selta”nı darmadağın etdi

İspaniya La Liqasında 12-ci turunda “Selta” doğma meydanda “Real Madrid” komandasını qəbul edib. Trend-in məllumatına görə, oyun zədələrlə yadda qalıb. Belə ki, oyunun 19-cu dəqiqəsində qonaqların futbolçusu Kazemiro zədələnərək yerini Sebalyosa verdi.

23-cü dəqiqədə isə fransız hücumçu Benzema oyunda hesabı açdı. 45-ci dəqiqədə sol cinah müdafiəçisi Reqilon da zədə ucbatından oyunu tərk edib. Onun yerinə “Real”ın heyətində Xavi Sançes oyuna daxil olub.

İkinci taymın 56-cı dəqiqəsində Benzema qüvvətli zərbə endirib və top müdafiəçi Kabrala dəyərək qapıya daxil olub. Hesab 0:2 olub.

Lakin cəmi 5 dəqiqə sonra “Selta”nın kapitanı Malyo hesabı minimum endirib. 71-ci dəqiqədə qonaqların heyətində daha bir müdafiəçi, Naço, zədələnərək yerini Asensioya verib. 83-cü dəqiqədə digər müdafiəçi və “Real”ın kapitanı Ramos penalti zərbəsini yenə “Panenka” stilində vurub və hesabı artırıb.

 

87-ci dəqiqədə “Selta”nın oyunçusu Kabral ikinci sarı vərəqə alaraq komandasını azlıqda qoyub. Bundan istifadə edən qonaqlar əsas vaxta əlavə olunan vaxtda fərqi daha da artırıb. Bu dəfə Sebalyos fərqlənib. Oyunda son nöqtəni isə “Selta”nın futbolçusu Mendes qoyub. Matç 2:4 hesabı ilə başa çatıb.

Belə də, “Real” 20 xalla 6-cı yerdə, “Selta” isə 14 xalla 12-ci pillədə məskunlaşıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.