Bu gün Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.
Qol.az xəbər verir ki, D liqasında mübarizə aparan milli komandamız da son oyununa çıxıb.
Qurban Qurbanovun komandası səfərdə Kosovo ilə üz-üzə gəlib. Bunadək keçirdiyi 5 görüşdə məğlub olmayan yığmaların dueli maraqla gözlənilirdi. Qrupda 2-ci pillədə qərarlaşan komandamız pley-off-a yüksəlmək üçün mütləq liderə qalib gəlməli idi Ancaq rəqibinə 0:4 hesabı ilə uduzan millimiz qrupda qalıb.
20 noyabr
D Liqası
23:45. Kosovo – Azərbaycan - 4:0 Qollar: A. Zeneli, 2 (1:0), 50 (2:0), 77 (4:0), A. Rrahmani, 61 (3:0) Baş hakim: Benua Milyo (Fransa) Priştina. Fadil Vokrri stadionu
23:45. Malta – Farer adaları - 1:1 Qollar: R. Yensen, 3 (0:1), Korbalan, 4 (1:1)
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb