Çempionlar Liqası: qrup mərhələsinin 5-ci turunun ilk oyun günü
İlk oyun günündə 8 görüş keçirilib.
Trend-in məlumatına görə, E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Qrupun digər oyununda "Ayaks" Yunanıstanda AEK-in qonağı olub. Səfərdə qazanılan 2:0 hesablı qələbə niderland klubunu qrup mərhələsində sona 1 tur qalmış pley-offa yüksəldib.
Günün ən maraqla gözlənilən oyunlarından biri Romada keçirilib. Qrup lideri olan şəhərin eyniadlı komandası "Real"ı qəbul edib. Oyunda hesabı 46-cı dəqiqədə uelsli hücumçu Qaret Beyl açıb – 0:1. 59-cu dəqiqədə isə Benzemanın pasını Lukas Vaskes qola çevirib – 0:2. Matç bu hesabla bitib. Bununla da, “Real” 12 xalla birinci pilləyə yüksəlib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb