banner
banner

İdman

"Qarabağ"ın rəqiblərinin oyunu Ukraynadakı hərbi vəziyyətlə əlaqədar Kiyevə keçirilib

"Qarabağ"ın rəqiblərinin oyunu Ukraynadakı hərbi vəziyyətlə əlaqədar Kiyevə keçirilib

Ukraynanın "Vorskla" və İngiltərənin Arsenal" komandaları arasındakı Avropa Liqasının qrup mərhələsinin V tur matçının məkanı Poltavadan Kiyevə dəyişdirilib.

"Report"un UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, bu barədə qitə futbol qurumunun fövqəladə hallar üzrə komitəsi qərar qəbul edib.

Səbəb kimi ölkənin bəzi regionlarında hərbi vəziyyətin tətbiqi göstərilib. Beləliklə, qarşılaşma noyabrın 29-da Ukrayna paytaxtındakı "Olimpiyski" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 21:55-də başlanacaq.

UEFA digər matçların yerlərinin dəyişdirilməsi ilə bağlı hansısa qərar qəbul etməmişdən əvvəl yaxın günlərdə ölkədəki vəziyyəti izləyib qiymətləndirməkdə davam edəcək.

Qeyd edək ki, "Vorskla" və "Arsenal" "Qarabağ"la eyni qrupda yer alıb. Ukrayna təmsilçisi qrupda həm Portuqaliya "Sportinq"i (1:2), həm də Azərbaycan təmsilçisi (0:1) ilə ev oyunlarını Poltavadakı Aleksey Butovski adına stadionda keçirib. "Qarabağ" Poltavadakı oyundan hava şəraiti ilə əlaqədar bir qədər gec qayıtmalı olub. "Arsenal"la qarşılaşma komandanın qrupda son ev matçıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.