Şəhriyar Məmmədyarovun FIDE reytinqindəki mövqeyi dəyişməyib
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2018-ci ilin dekabr ayı üçün reytinq siyahısını açıqlayıb.
“Report”un məlumatına görə, kişi şahmatçıların ilk “100-lüy”ündə Azərbaycanın 6 qrossmeysteri yer alıb. Şəhriyar Məmmədyarov ötən ayla müqayisədə 3 reytinq xalı itirsə də, 2820 xalla 3-cü pillədə qalıb. Siyahıya 2835 xalla norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana isə 2832 xalla 2-ci yerdədir.
Teymur Rəcəbov və Arkadi Naydiçin də reytinqdəki mövqeyi dəyişməyib. Rəcəbov 1757 xalla 14-cü, Naydiç isə 2736 xalla 20-cidir. Azərbaycan kişi şahmatçılarından yalnız Rauf Məmmədov iki pillə geriləyib. O, 2703 xalla 42-ci pillədədir.
Eltac Səfərli 2671 xalla 72-ci, Qədir Hüseynov isə 2664 xalla 82-ci sıradadır.
Qadınların “100-lüy”ündə isə Azərbaycanın 3 şahmatçısı yer alıb. Günay Məmmədzadə bir pillə geriləyərək 2422 xalla 47 pillədə qərarlaşıb. Aktivində 2397 xal olan Xanım Balacayeva isə bir pillə irəliləyib və 62-ci pilləyə yüksəlib. Gülnar Məmmədova isə iki pillə geriləyib və 2368 xalla 99-cu yerdə qərarlaşıb.
Qadınların siyahısına 2662 xalla çinli Hou İfan başçılıq edir.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb