banner
banner

İdman

Qurban Qurbanov AVRO-2020-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirib

Qurban Qurbanov AVRO-2020-nin seçmə mərhələsinin püşkatmasını dəyərləndirib

"Rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik. Maraqlı qrupa düşdük. Bütün komandalar tanışdır".

"Report" xəbər verir ki, bunu Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov AFFA-nın saytına açıqlamasında 2020-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkatması ilə bağlı danışarkən deyib.

46 yaşlı mütəxəssis bildirib ki, hər bir komandaya qarşı yaxşı mübarizə aparmaq olar:

"Mart ayınadək komandanı tam formalaşdırmalı və rəqibləri daha yaxından tanımağa başlamalıyıq. Elə komandalar var ki, futbolçular həmin rəqiblərə qarşı oyunlarda daha inamlı olurlar. Bu amil xüsusən xal aldığın komandalarla görüşlərdə daha çox özünü büruzə verir. Ancaq illər keçir, nəsil dəyişimi baş verir. Ona görə biz rəqiblərin gücünü bugünkü reallığa görə dəyərləndirməliyik".

Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstanla mübarizə aparacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.