Qol.az-ın “Sky Sports”a istinadən yaydığı xəbərə görə, Xorvatiyanın qrupun əsas favoriti olduğunu söyləyən gənc mütəxəssis Azərbaycan millisi haqda da fikirlərini açıqlayıb:
“Uzun yol bizi qorxutmur. Azərbaycanda gözəl şərait, yüksək səviyyəli otellər, yaxşı meydançalar və yeni stadionlar var. Bir sözlə, orada hər şey yaxşıdır. Yəqin ki, Azərbaycana oyundan bir gün əvvəl gedəcəyik. Qalan hər şey gözlədiyimiz kimi oldu”.
Qeyd edək ki, Uels millisi seçmə mərhələdə Azərbaycan, Xorvatiya, Slovakiya və Macarıstanla eyni qrupda mübarizə aparacaq.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb