banner
banner

İdman

AVRO 2021-in seçmə mərhələsinin püşkü atılacaq

AVRO 2021-in seçmə mərhələsinin püşkü atılacaq

Bu gün 21 yaşadək futbolçular arasında AVRO-2021-in seçmə mərhələsinin püşkü atılacaq.

“Report” xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 12:00-da start götürəcək tədbirdə Azərbaycan yığmasının da rəqibi müəyyənləşəcək.

Püşkün proseduruna əsasən, 53 yığma UEFA əmsallarına uyğun olaraq 6 səbətə bölünüb. Milli komanda Şimali İrlandiya, Albaniya, Moldova, Litva, Qazaxıstan, Latviya, Ermənistan və Kipr kollektivləri ilə birgə E səbətində yer alıb:

A səbəti: Almaniya, İngiltərə, İspaniya, Portuqaliya, Danimarka, Fransa, İtaliya, Serbiya, Xorvatiya

B səbəti: Avstriya, İsveç, Belçika, Slovakiya, Polşa, Rumıniya, Çexiya, Hollandiya, İsrail

C səbəti: Yunanıstan, Ukrayna, Norveç, Rusiya, Türkiyə, İslandiya, Uels, İsveçrə, Monteneqro

D səbəti: Bolqarıstan, Finlandiya, İrlandiya, Gürcüstan, Kosovo, Şotlandiya, Makedoniya, Belarus, Bosniya və Herseqovina

E səbəti: Şimali İrlandiya, Albaniya, Moldova, Litva, Qazaxıstan, Latviya, Azərbaycan, Ermənistan, Kipr

F səbəti: Lüksemburq, Malta, Estoniya, Farer adaları, Cəbəllütariq, Andorra, San-Marino, Lixtenşteyn

Püşk komandaları səkkizində 6, birində isə 5 komandanın yer alacağı 9 qrupa böləcək. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. İkinci yeri tutan ən yaxşı göstəriciyə malik 8 komanda öz aralarında sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcək.

AVRO-2021-in meydan sahibləri Macarıstan və Sloveniya final mərhələsinə birbaşa qatılacaqlar.

Seçmə mərhələnin oyunları 18 mart 2019-cu ildə start götürəcək və 13 oktyabr 2020-ci ildə yekun vurulacaq. Pley-off oyunları 2020-ci il 9-17 noyabrda olacaq. Final mərhələsi isə 2021-ci ilin iyununda keçiriləcək.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, İspaniya Cəbəllütariq, Kosovo isə Serbiyə ilə eyni qrupa düşə bilməz.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.