"Sadəcə qorxaqlar belə hərəkət edirlər" - Qurban Qurbanov
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın qrup mərhələsinin sonuncu turunda "Arsenal"la oyunun artırma dəqiqələrində baş vermiş insidentə münasibət bildirib.
Qol.az-ın klubun saytına istinadən yaydıı xəbərə görə, 46 yaşlı mütəxəssis azarkeşlərdən birinin meydana əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq çıxması ilə bağlı deyib:
"Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb