İspaniya La Liqası: “Real Madrid” doğma meydanda “Real Sosyedad”a məğlub oldu
İspaniya La Liqasında 18-ci turunda “Real Madrid” doğma meydanda “Real Sosyedad” komandasını qəbul edib. Trend-in məlumatına görə, oyun 0:2 hesabı ilə başa çatıb.
Oyunda hesabı qeyri-müəyyən epizodda təyin olunan penalti zərbəsindən Villian Joze açıb. 61-ci dəqiqədə meydan sahibi komandasının yarımmüdafiəçisi Lukas Vaskes ikinci sarı vərəqə alaraq “Real Madrid”i azlıqda qoyub.
Oyunda hesabı 83-cü dəqiqədə Pardo artırıb.
Hakimin kobud səhvləri və bərbad qərarları ilə yadda qalan oyun qonaqların qələbəsi ilə başa çatıb.
Beləliklə, “Real Madrid” 30 xalla 5-ci, “Real Sosyedad” isə 22 xalla 11-ci pillədə məskunlaşıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb