banner
banner

İdman

"Zirə"nin legioneri: "Nə vaxtsa bəxt üzümə gülməli idi"

"Zirə"nin legioneri: "Nə vaxtsa bəxt üzümə gülməli idi"

"Zirə"nin futbolçusu Aleksandr Dedovun səfərdə "Səbail" komandasına 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra "Report"a müsahibəsi…

Bu qələbə ilə turnir cədvəlində son pilləni tərk edə bildiniz. Görüşü necə dəyərləndirərdiniz?

- Əlbəttə, çətin qarşılaşma oldu. Bizə həm də turnir cədvəlində son pillədə olmağımız təzyiq yaradır. Buna görə də indi bizə nəticə vacibdir. Çox şadam ki, qalib gəldik. Komandamı təbrik edirəm ki, bu gün məhz nəticəni əldə etdik.

Qələbə qazansanız da, rəqibə çoxsaylı qol şansları verdiniz. Bu, sizi narahat etmir?

- Bizim də çox oyunlarımız olub ki, yüz şans əldə etmiş, amma qol vura bilməyərək uduzmuşuq. Futbol belədir: nə vaxtsa bəxt sənin üzünə gülməli idi. Bu gün də belə oldu.

Növbəti turda lider "Neftçi"ni qəbul edəcəksiniz. Belə oyunla nəyə ümid edirsiniz?

- Növbəti görüş artıq yeni səhifədir. "Neftçi"ni təhlil edərək başqa cür hazırlaşacağıq. Buna görə də indi bir şey demək çətindir. Rəqibi təhlil edəndən sonra biləcəyik ki, ona qarşı necə hazırlaşacağıq.

Belə söz-səhbətlər gəzir ki, baş məşqçiniz Samir Abasovla futbolçular yola getmir...

- Bu sual mənə aid deyil.

Ümumiyyətlə, bu haqda fikirləriniz maraqlıdır...

- Gördünüz ki, komandamız bir kollektivdir. Futbolçularımız meydanda bir-birilərinin arxasında duraraq qarşıya qoyulan vəzifəni yerinə yetirməyə çalışırlar. Qalan hər şey normaldır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.