Avropa Liqası: "Fənərbağça" ilk oyunda "Zenit"i məğlub edib
Avropa Liqasında 2018-2019 mövsümünün ikinci yarısına start verilib.
"Report" xəbər verir ki, 1/16 final mərhələsinin ilk oyununda Türkiyənin "Fənərbağça" klubu Rusiya "Zenit"ini qəbul edib. İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 21-ci dəqiqədə İslam Slimani vurub. Qonaqlar 44-cü dəqiqədə hesabı bərabərləşdirmək imkanı əldə ediblər. Lakin Robert Mak penaltidən yararlana bilməyib. Onun zərbəsini "Fənər"in qapıçısı Harun Tekin dəf edib.
Bu komandalar arasında cavab oyunu fevralın 21-də Sankt-Peterburqda keçiriləcək.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb