ÇL: “Mançester Siti” azlıqda olmasına baxmayaraq səfərdə “Şalke”ni məğlub etdi
Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçı keçirilib. Trend-in məlumatına görə, “Şalke” doğma meydanda “Mançester Siti”ni qəbul edib. Matç qonaq komandanın 2:3 hesabı ilə xeyrinə başa çatıb.
Hesabı Aquero 18-ci dəqiqədə açıb. Daha sonra “Şalke”nin futbolçusu Bentaleb ardarda iki penalti zərbəsini dəqiq yerinə yetirərək komandasını irəli çıxarıb. Lakin Sane 85-ci dəqiqədə cərimə zərbəsindən hesabı bərabərləşdirə bilib. 90-cı dəqiqədə isə R.Sterlinq “Mançester Siti”nin üçüncü qolunu vuraraq komandasına çətin qələbə qazandırıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb