banner
banner

İdman

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi başa çatıb

Stolüstü tennis üzrə Azərbaycan birinciliyi başa çatıb

5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə 2001-ci il təvəllüdlü və daha aşağı yaşlı stolüstü tennisçilər arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.

Trend-in məlumatına görə, ölkə birinciliyində Bakı, Sumqayıt, Şəki, Qax, Şabran, Şirvan, Daşkəsən, Gədəbəy, Zərdab, Ağdaş komandalarından 80-ə yaxın idmançı iştirak edib. Şəxsi yarışlarda ilk üçlükdə oğlanlar arasında Emin Məmmədov, İbrahim Ansari və Nihad Məmmədov, qızlar arasında isə Nəzakət Qarayeva, Ləman Əbdülhəmidova və Fatimə Cəfərova qərarlaşıblar.

 

Ümumi komanda hesabında Bakının stolüstü tennisçiləri birinci yeri tutublar. İkinci və üçüncü yerlərə Sumqayıt və Şabran idmançıları layiq görülüblər.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, Stolüstü Tennis Federasiyasının kubok və hədiyyələri təqdim edilib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.