"Mançester Siti" futbolçuları "Şalke"nin qapısından 7 cavabsız qol keçirdi - 1/4 finala vəsiqə qazandı
İngiltərənin "Mançester Siti" futbol klubu öz meydanında Almaniyanın "Şalke" futbol klubu üzərində 7:0 hesablı qələbə qazanıb.
Trend-in məlumatına görə, matç Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilib. Qalib komandadan Serxio Aquero (35-di dəqiqə - penalti, 38-ci dəqiqə), Leroy Sane (42), Rahim Sterlinq (57), Bernardu Silva (71), Fil Foden (78) və Qabriel Jezus (84) fərqləniblər.
Xatırladaq ki, komandalar arasında ilk oyun da ingiltərəlilərin qələbəsi ilə yekunlaşmışdı - 3:2. Beləlikllə, iki oyunun nəticəsində görə, "Mançester Siti" ÇL-nın 1/4 final məhələsinə yüksəlib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb